Həkim-fitoterapevt Fizuli Hüseynov ud-hindi bitkisinin yağının hazırlanması qaydaları haqqında məlumat verib.
Həkim bildirib ki, 1 xörək qaşığı ud hindi tozunu 100 qram zeytun yağı ilə qarışdırıb ağzı kip bağlanılan şüşə qaba töküb evdəki istilik sobasında (otopleniyada) (temperaturu 50-60 dərəcə arası) 10 gün saxlayın sonra sobadan götürüb süzün. O, bu yağı ev temperaturunda 2 ilə qədər saxlamağın mümkün olduğunu qeyd edib.
"Medicina" xəbər verir ki, , bu yağ gündə 3 dəfə hər burun dəliyinə 4-5 damcı tökülür. İstifadə müddəti xəstəlikdən asılı olaraq dəyişir.
Ud hindi yağının faydaları
Boğaz ağrılarınız varsa ağrılar tam keçənədək gündə 3 dəfə ud hindinin yarısını buruna tökün, hətta ağrılar keçəndən sonra da əlavə 3 gün istifadəni davam edin. Hər axşam yatmazdan əvvəl boğazınızı bu yağla zəif masaj edin.
Şişmiş badamcıqlar üçün burundan gündə 3 dəfə ud hindi yağı tökülməsi əla nəticə verir.
Xroniki faringitdə gündə 3 dəfə burundan 3 damcı ud hindi yağı tökülməsi faydalıdır. Daha da yaxşı nəticə almaq üçün 1 çay qaşığı ud hindi tozunu 1 çay qaşığı bal ilə qarışdırıb yeyin.
Qrip zamanı burunda tutulmalar varsa ud hindi yağını gündə 3 dəfə buruna tökün.
Həm xroniki, həm kəskin, həm də allergik rinitlərdə gündə 3 dəfə ud hindi yağını burun dəliklərinə tökün nəticə heyrətamizdir.
Haymoritdə. Ud hindi yağı çox güclü iltihab əleyhinə bir vasitədir, o qədər təsirlidir ki, buruna tökən kimi ağız boşluğunda iltihab axıntısı hiss olunur, bu müalicə ən azı 1 ay davam edilməlidir.
Frontitdə. Frontit daha çox qripdən sonra alın ciblərinə irinli infiltratın yığılmasından sonra qalır belə insanlarda daimi baş ağrısı, başı aşağı əyəndə ağrıların çoxalması kimi özünü göstərir. Ud hindi yağını gündə 3 dəfə buruna tökün, axşam yatmazdan əvvəl alın hissəni bu yağla masaj edin müalicə müddəti ən azı 1 ay olmalıdır. Müalicə müddətində 2 dəfə alın ciblərinin üstündən 2 banka hicama etdirin.
Soyuqdəymədən sonra qulaqlarda əmələ gəlmiş ağrıları və küyləri aradan qaldırmaq üçün təcrübədə ən faydalısı ud hindi yağı olub. Burun dəliyindən qulağa yol vardır, iltihab zamanı həmin yol qapanır, qulaqda ağrılar və küylər əmələ gəlir, ud hindi yağı bu yolu iltihabdan təmizləyir.
Qulaq pərdəsinin deşilməsi zamanı ud hindi yağını gündə 3 dəfə hər dəfə 1-2 damcı qulağa tökün bütün irinli infiltratı qısa zamanda aradan qaldıracaqdır.
Uşaqlarda qulaq ağrıları zamanı ud hindi yağını qulağa 1 damcı tökə bilərsiniz.
Əzələ ağrıları zamanı ağrı verən əzələni ud hindi yağı ilə masaj edin. Oynaq ağrılarında, artrozlarda, artritlərdə, onurğada əmələ gəlmiş duzlaşmalarda ud hindi yağı ilə gündə 2-3 dəfə masaj edin.
Bu müalicələri edən zaman ud hindi yağı buruna töküləndə çox yandırırsa əlavə zeytun yağı qarışdıraraq yandırmanı azalda bilərsiniz. Əsasən kiçik uşaqlarda yandırmalar daha çox olduğundan ud hindi yağını durulaşdırıb sonra istifadə edin.