Ozonterapiya qeyri-ənənəvi tibbi müalicə metodikasıdır. Bir çox akademik təbabət üzvləri onun effektivliyinə şübhə ilə yanaşdığı halda, digər bir qrup əksinə müalicə ilə yanaşı xəstəyə ozonla müalivə də təyin edir.
Medicina.az ozonoterapiyanın hansı xəstəliklərdə faydası barədə araşdırmanı təqdim edir.
Metodun texnologiyasında ozon qazının xüsusi tibbi priborlardan keçirilərək, insan orqanizminə yeridilməsi durur. Orqanizm üçün yararlı, zərərsiz doza 10-5 faizdir. Əslində isə ayrılıqda ozon toksikidir.
Ona görə bu proseduru klinika şəraitində, yüksək təhlükəsizlik qaydalarına əməl etməklə, ozon xüsusi fizioloji məhlulla həll edildikdən sonra tətbiq olunnmalıdır. Eləcə də pasiyentin öz qanına ozon qatılmaqla autohemoterapiya aparıla bilər.
Ozonoterapiya hansı xəstəliklərdə effektivdir:
- Ateroskleroz, damar tıxanıqlığı
-Ayaqlarda şişkinlik, ağrı, venoz
-Astma
-Mİqren, baş ağrıları
-Ürək xəstəlikləri
-Mədə-bağırsaq xəstəlikləri
-Şəkərli diabet
-Revmatizm
-Qaraciyər xəstəlikləri
-Virus xəstəlikləri
-Hepatitlər
-Yuxarı tənəffüs orqanları xəstəlikləri
-Dəri xəstəlikləri, akne, sızanaq
-Stomatit, parodontoz
-Hamilələrdə qanazlığı
-Göz xəstəlikləri
-Yorğunluq, stress və s
Bəs kimlərə olmaz?
-Ürəyin miokard infarktı keçirmiş xəstələrə
-Qan laxtalanması problemində
-Qıcolması, epilepsiya
-Pankreatit
-Ozona allergiya
-Daxili qanaxması olan
-Alkoqol intoksikasiyası
-Hipoqlikemiya
-Bir sıra qalxanvari vəz xəstəlikləri
Ozonterapiyanın venadaxili sistem inteksiyası
Sistem terapiya fizioloji məhlulu ozonlaşdırıb venaya yeridilməsidir. Bu üsulla ozonla zənginləşmiş qan bütün toxuma və orqanlara çatır, qan dövranını yaxşılaşdırır, maddələr mübadiləsini normallaşdırır, intoksikasiyanı azaldır, damarları təmizləyir.
Yüksək keyfiyyətli və rahat ozon terapiyadan keçmək üçün ELMED klinikasının ozonterapiya kabinetinə, mütəxəssis Vüqar Bağırova müraciət edə bilərsiz. Həkim müayinəsi və məsləhətindən sonra ozonterapiyanın növü və müddəti seçiləcək