Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

100 dərdə dərman çuğundur kvasının hazırlanması – Qadınlar üçün şəfa balzamıdır

  • 2018.11.12 19:50
  • 16060 Baxış
100 dərdə dərman çuğundur kvasının hazırlanması –  Qadınlar üçün şəfa balzamıdır


Bu kvası qan azlığı, onkoloji problemlərin profilaktikası, qadın ginekoloji problemlərində ən faydalı eliksir adlandırmaq olar. Orqanizmi, bağırsaqları, böyrəkləri, damarları təmizləyir, qaraciyəri sanki yenidən dirildir.


Bu qədər bahalı kimyəvi dərmanlara pul xərcləməyə belə dəyməz. Çünki bütün xəstəliklərin elə bu orqanların çirklənməsindən başlayır.


Medicina.az şəfa balzamının evdə asan hazırlamaq üçün ən qədim reseptini təqdim edir:


Lazımdır:


Təzə çuğundur – 500 qr


Su – 3 litr


Qara çörək – 50 qr


Maya – 10 qr


Şəkər tozu – 100 qr


Çiy çuğundur yuyulur, təmizlənir, nazik dilimlərə doğranılır, sobada qurudulur. Sonra üzərini örtəcək qədər isti su alınır və zəif odda hazır olana kimi bişirilir. Sonra süzülür və üzərinə qalan isti su alınır, bura qara çörək, maya, şəkər tozu əlavə olunur, qapağı bağlanır, isti yerdə, bükülərək, 1-2 gün saxlanılır. Hazır kvası süzürsüz.


Çuğundurları digər məqsədlərlə istifadə edə bilərsiz. Əsas suyu içilməlidir.


Sərin yerdə saxlanılıb, hər gün yarım stəkan az-az hissələrlə içilir