Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10 yaş daha cavanlaşdıq - Alimlər

  • 2024.07.08 09:05
  • 1181 Baxış
10 yaş daha cavanlaşdıq -  Alimlər
Alimlər aşkar ediblər ki, indiki 70 yaşlı insanlar əvvəlki nəsillərdən fiziki və əqli cəhətdən cavandırlar.

Medicina.az xəbər verir ki, bu barədə “Daily Mail”də məlumat dərc edilib.

İllərlə davam edən araşdırmada tədqiqatçılar 60 yaşdan yuxarı 14710 insandan toplanan məlumatları təhlil ediblər.

Onların həm yerimə sürəti, yuxu, tutma gücü, eşitmə və tarazlıq kimi fiziki, həm də yaddaş, xatırlama da daxil olmaqla psixi sağlamlığı əhatə edən məlumatları analiz edilib.

"Nəticələrimiz onu göstərir ki, bugünkü 70 yaşlı fərdlər əvvəlki nəsillərdəki gənc yetkinlərlə böyük ölçüdə bərabər fəaliyyət göstərirlər. Ola bilsin ki, 70 həqiqətən yeni 60-dır", - tədqiqat qrupu bildirib.

Tədqiqatçılar deyirlər ki, yüksək qan təzyiqi, ürək xəstəliyi və diabet kimi problemlər haqqında məlumatlılığın artması da daxil olmaqla, səhiyyənin yaxşılaşdırılması bununla bağlıdır.

Bundan əlavə, daha sağlam həyat tərzi, ekoloji şərait və yoluxucu xəstəliklərin azalmasının qocalmanı gecikdirdiyi düşünülür.


Aygün
Medicina.az