Çindən 10 Azərbaycan və 35 Türkiyə vətəndaşı təxliyə ediləcək. Bu barədə Türikyənin Milli Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, təxliyə edildikdən sonra Azərbaycan və Türkiyə vətəndaşları Türkiyə ərazisində 14 gün karantin şəraitində saxlanılacaqlar.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin koronavirusla bağlı sualını cavablandırarkən deyib ki, Çindəki Azərbaycan vətəndaşlarını Türkiyə təxliyə edəcək.