Bu gözəl qadına baxdıqda, onun 10 uşaq anası olduğunu söyləmək çətindir. Belə ki, gənc və gözəl görünən qadının 6 oğlu və 4 qızı var.
Medicina.az xəbər verir ki, onun böyük oğlunun 18, sonbeşik üçüzlərin isə 3 yaşı var. 2016-cı ilin sonlarında Viktoriya "Qəhrəman ana” adına layıq görülüb. Vladıqavqazın rəhbəri Maxarbek Xadarsevin həyat yoldaşı tanınmış sima deyil. Amma onun sosial şəbəkədə ailəvi fotosu və ya selfisi həmişə böyük marağa səbəb olur.
"Mənə gəncliyimdə desəydilər ki, sənin 10 uşağın olacaq heç vaxt inanmazdım. Fikirləşərdim ki, uzağı 3 uşağım olar. Toydan sonra həyat yoldaşım dedi ki, mütləq 5 uşağımız olacaq. Gerisi istəyə bağlıdır. O, bunu əlbəttdə ki, zarafatla demişdi. Amma düz çıxdı. Hal-hazırda 6 oğlumuz və 4 qızımız var. Bütün oğlanlarımızın adı "a” hərfi ilə başlayır. Qızların adı isə "m” hərfi ilə başlayır. ”
Viktoriyanın bədən quruluşuna baxdıqda onun çoxuşaqlı ana olmasına inanmaq çətindir. Onun gözəllik sirri isə çox sadədir – sağlam qidalanma, mütəmadi fiziki aktivlik və yüksək əhval ruhiyyə.
"3 il əvvəl mən üçüzlərə hamilə idim. Onda mənim çəkim 100 kq-dan çox idi. Həyat yoldaşım məni gün doğmamışdan yuxudan oyadaraq idman etməyə çağırırdı, mən isə yatmaq istəyirdim. İndi isə məni buna məcbur etmir, öz istəyimlə edirəm. Sağlam qidalanıram, həftədə 3 dəfə idman zalında məşq edirəm, səhərlər qaçıram”.