Bakıda daha bir həkim vaxtsız vəfat edib.
"Medicina" xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 10 saylı təcili tibbi yardım bölməsinin böyük həkimi Məharət Bayramov uzun sürən xəstəlikdən sonra 63 yaşında dünyasını dəyişib.
M. Bayramov 1986-1990-cı illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində "Pediatriya" ixtisası üzrə təhsil almışdı.
1990-ci ildən pediatr, anestezioloq-reanimatoloq, böyük həkim kimi fəaliyyət göstərmişdir.
Allah rəhmət eləsin!