Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10 saatlıq aclıq intervalı şəkərin qarşısını alır

  • 2022.09.29 16:25
  • 2390 Baxış
10 saatlıq aclıq intervalı şəkərin qarşısını alır



Səhər yeməyi ilə axşam yeməyi arasında gün ərzində yeməkdən çəkinmək şəkər xəstəliyinin qarşısını ala bilər.


"Medicina" xəbər verir ki, Kaliforniya Universitetinin və Solka institutunun alimləri yeni elmi işlərində aclığın diabetə təsirini araşdırıb.
Bu metod maddələr mübadiləsi pozulması və insulin dirənci olanlara da faydlaıdır.

Tədqiqatda 19 kişi və qadın iştirak edib. Onlar preddiabet mərhələsində olublar.

Bu diaqnoz o şəxslərə qoyulur ki, onlarda qanda şəkər normadan bir qədər yuxarıdır, piylənməsi var və bel çevrəsi 100 sm-dən çoxdur.
Eləcə də ailədə, nəsildə genetik şəkər xəstəliyi olanlar bu qrupa adiddir.

Belə insanlar 40 yaşından sonra hər il şəkərə bir addım yaxınlaşır.
İştirakçılar 3 ay ərzində 10 saatlıq intervalla qidalanmaya keçiblər.

Belə ki, səhər yeməyini yediyi vaxtdan hesablayaraq axşam yeməyi 10 saat sonra yeyilməlidir. Günorta qida qəbulu olmaz.
Ən gec qida qəbulu saatı axşam 10-da olmalı idi.

Digər qrup isə rejimi dəyişmədən, 3 dəfə qidalanıb.

10 saatlıq aclıqla qidalananlarda kaloriy 9% azalır, 3% çəki itirilib, 3-5 sm beldə incəlmə olub, daha yaxşı yata biliblər.

Onlarda arterial təzyiq, qanda xolesterin, hemoqlobin, qlükoza göstəriciləri normallaşıb.

Bir çoxları hətta antidiabet dərmanların dozasını da azaltmalı olub.
Alimlər şəkər və preddiabet xəstələrinə bu metodu sınamağı tövsiyə edir.

Aygün Musayeva