Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10 mart – Ümumdünya Böyrək Günüdür - Böyrəkləri necə qoruyaq?

  • 2022.03.10 16:13
  • 2922 Baxış
10 mart – Ümumdünya Böyrək Günüdür  -  Böyrəkləri necə qoruyaq?

Dünyada 2006-cı ildən etibarən hər il martın ikinci cümə axşamı Ümumdünya Böyrək Günü olaraq qeyd edilir.

Medicina.az xəbər verir ki, Ümumdünya Böyrək Günü çərçivəsində elmi-praktik konfranslar təşkil olunur, xəstəliyin profilaktikası, ictimaiyyətin maarifləndirilməsi istiqamətində müzakirələr aparılır.

Keçirilən tədbirlərin məqsədi ictimai səhiyyə sahəsində çalışan mütəxəssislərin və ictimaiyyətin diqqətini geniş yayılmış xroniki böyrək çatışmazlığı, böyrək xəstəliyinin aşkarı və müalicə üsullarına yönəltməkdir.

Böyrəklər insanın ən vacib orqanları olub, orqanizmdə qanı təmizləyir və onun kimyəvi balansını saxlamağa yardım edir. Böyrək çatışmazlığı kəskin və xroniki olur. Kəskin böyrək çatışmazlığı xroniki böyrək çatışmazlığı ilə nəticələnə bilər. Bu xəstəliyin dünyada artımına əsas səbəb hipertoniya və şəkərli diabet xəstəliyidir.
Böyrək xəstəliklərinin qarşısını almaq üçün sağlam qidalanmaq, ideal kiloda olmaq və mütəmadi olaraq idman etmək çox vacibdir.

Anadolu Sağlamlıq Mərkəzi Daxili Xəstəliklər və Nefrologiya Mütəxəssisi Dos. Dr. Enes Murat Atasoyu deyir ki, xüsusi bir səbəb yoxdursa bu 7 qaydaya əməl etmək lazımdır:

- Qan təzyiqini mütəmadi yoxlamaq,

- Gün ərzində 1,5-2 litr su içmək,

- Aktiv həyat tərzi sürmək,

- Qan şəkərini və qan təzyiqini mütəmadi yoxlamaq,

- Gündəlik duz qəbuluna diqqət etmək,

- Tütün məhsullarından uzaq durmaq.

Böyrək funksiyalarının hər hansı bir səbəbdən pisləşmə dərəcəsindən asılı olaraq bədəndə digər sağlamlıq problemləri meydana gələ bilər. Bu problemlərə hipertansiyon, ürək çatışmazlığı, ürək ritminin pozulması, şəkərli diabet xəstələrində şəkər nəzarətinin pozulması, anemiya, həzm sistemi xəstəlikləri, sümük-mineral xəstəlikləri, sinir sistemi problemləri və sonsuzluq daxildir.