Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10 kq arıqladan Çin pəhrizi – 50 yaşlı qadınlara da təsirlidir

  • 2019.02.27 20:27
  • 29752 Baxış
10 kq arıqladan Çin pəhrizi –  50 yaşlı qadınlara da təsirlidir

Çin qadınlarının yaş artdıqca dəyişməyən siluetləri, tarım, qamətli və zərif bədənləri onların qidalanmasından qaynaqlanır.

Çinlilər nadir halda piylənmədən əziyyət çəkir. Daha çox düyü və balıq məhsulları yeyirlər. İçki, çörək, şirniyyatdan uzaqdırlar. 



Medicina.az dietoloqların çin qida rejiminə uyğun hazırladıqları və Çin pəhrizi adlandırdıqları pəhrizi təqdim edir

Bu pəhrizlə siz 10 kq asanlıqla ata biləcəksiz. Pəhriz 50-60 yaşlı xanımlarda da effekt verir.



Pəhriz 7 günlükdür. Pəhriz müddətində yalnız adi su və yaşıl çay içmək tövsiyyə olunur. 



Bazar ertəsi:



Səhər – yaşıl çayla suxarı

Günorta: 150 qr bişmiş balıq, suxarı, 1 stəkan mineral su

Axşam: kök salatı yağla, 2 bişmiş yumurta

Yaşıl çay



Çərşənbə axşamı:



Səhər: kələm salatı – 150 qr, yaşıl çay, suxarı

Günorta: 4 xprək qaşığı suda bişmiş düyü, təzə kök salatı zeytun yağı ilə, 1 st mineral su

Axşam: 150 qr suda bişmiş balıq, bir dilim çörək pomidorla



Çərşənbə 



Səhər: Sürtgəcdən keçirilmiş kök limon suyu ilə, yaşıl çay

Günorta: 300 qr balıq, pomidor şirəsi

Axşam: 150 qr suda bişmiş file, 1 stəkan kefir



Cümə axşamı:



Səhər: Alma şirəsi, portağal

Günorta: 4 x.q bişmiş düyü, göyərti, alma

Axşam: 2 suda bişmiş kartof, 200 qr balıq, bir dilim çörək



Cümə:



Səhər: düyü sıyığı, yaşıl çay

Günorta: Bişmiş balıq, kələm salatı, 1 st. Mineral su

Axşam: Yalnız alma



Şənbə



Səhər: kök salatı, tost ilə yaşıl çay

Günorta: yaşıl salat, alma

Axşam: 150 qr suda bişmiş ət, salat yarpaqları, portrağal



Bazar:



Səhər: meyvə salatı, mineral su

Günorta: bişmiş düyü bal ilə, mineral su

Axşam: buxarda bişmiş 150 qr balıq, dəniz kələmi salatı

 

 



10 kq arıqladan Çin pəhrizi –  50 yaşlı qadınlara da təsirlidir