Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10 ildir bud-çanaq ağrılarından əziyyət çəkən qadın – Protez əməliyyatından necə qurtuldu- VİDEO

  • 2020.11.30 15:22
  • 2695 Baxış
10 ildir bud-çanaq ağrılarından əziyyət çəkən qadın  – Protez əməliyyatından necə qurtuldu- VİDEO


Azərbaycanda bud, çanaq, diz ağrılarından əziyyət çəkən xəstələr orta yaşlardan artıq əlilliyə doğru yol alır, sonda onlara artroz, koksartroz, bud oynaq yeyilməsi kimi diaqnoz qoyulur.

Əvvəllər bunun çarəsi cərrahi əməliyyatla insanın öz oynağının çıxarılması və süni protez oynaq qoyulması idi. Elə indi də son müalicə yolu budur. Travmatoloqlar artıq ağrılardan gəzə bilməyən xəstəyə oynaq implantı əməliyyatı tövsiyə edirlər.

Kifayət qədər bahalı olan bu əməliyyat yaşlı insanlarda artıq geri dönüş olmadıqda tətbiq edilsə də, gənc və orta yaşlı insanlar üçün bir qədər arzuolunmazdır. Çünki bir oynağın xidmət ömrü 10-15 ildir. 40-45 yaşında oynağı dəyişdirilən xəstə 60-65 yaşında yenidən eyni əziyyətləri çəkəcək və ikinci dəfə implant olunmalıdır. İkinci əməliyyatın uğurlu olacağı isə minimumdur.


Medicina.az xəbər verir ki, A.Q adlı xanım pasiyent də hələ gənc olmasına baxmayaraq, 10 il idi bud-çanaq hissəsində ağrılardan əziyyət çəkirdi. İllərlə dərman, iynə, fizioterapiya müalicələri alıb.


Xanımın diaqnozu ağır oynaq xəstəliklərindən biri olan koksartrtoz idi. Ona son çarə olaraq əməliyyat – hər iki buda süni implant qoyulması deyilmişdi. Artıq əməliyyatı gözə alan pasiyent son dəfə bir daha alternativ yollar axtarır. O, əməliyyatdan öncə son müasir müalicə metodu olan oynağa kök hüceyrə köçürülməsini sınamaq qərarına gəlir.
Regenerativ tibb&Kök hüceyrə Mərkəzində kök hüceyrə mütəxəssisi Sevinc Heydərova tərəfindən xəstəyə öz kök hüceyrələri tətbiq edilir. Xəstə kifayət qədər gənc olduğu üçün onun piy yağlarından alınan kök hüceyrələr də daha effektiv və çox idi.


Cəmi bir neçə saata və xəstəxanada yatmadan oynaqlarına kök hüceyrə terapiyası olunan xəstə cəmi 1 həftəyə ağrılarını unudub, sərbəst yeriyə bilir. Getdikcə terapiyanın effekti daha da möhkəmlənəcək, kök hüceyrələr hələ oynaqda 1-3 ay da öz işini görərək möhkəmlənəcək. Amma artıq xəstə ağrısız, sərbəst yeriyir.


Pasiyentin hekayəsini videoda təqdim edirik

Bu problemlərdən əziyyət çəkən xəstələr müraciət edə bilər.



RegenStem Center
Regenerativ tibb&Kök hüceyrə Mərkəzi
By Dr. Sevinj Heydarova
Əlaqə: 050-309-77-87