Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10 günə qarın piylərindən azad olun – Möcüzəvi qarışım

  • 2024.03.29 15:15
  • 1368 Baxış
10 günə qarın piylərindən azad olun –  Möcüzəvi qarışım
Pəhriz saxlamadan qısa müddətdə arıqlamaq istəyənlər üçün təbii və təsirli üsul açıqlanıb.

Medicina.az xəbər verir ki, darçınlı suyun həzmi yaxşılaşdırmağa, maddələr mübadiləsini artırmağa və bədəndən toksinləri çıxarmağa kömək edəcəyi bildirilir. Belə ki, darçınla hazırlanan xüsusi qarışım mədədə qələvi atmosfer yaradaraq yağların daha yaxşı parçalanmasına səbəb olur.

Darçın qida maddələrinin mənimsənilməsini yaxşılaşdırır və tox hiss etdirir. O, həmçinin insulin istehsalını və karbohidratların parçalanmasını tənzimləyir. Bu ədviyyat maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Beləliklə, kompüterin qarşısında oturduğunuz halda belə kalori yandırmağa davam edirsiniz.

Qısa müddətdə, xüsusilə də qarın piylərindən xilas olmaq üçün aşağıdakı qarışımı hazırlaya bilərsiniz:

Tərkibi:

1 çay qaşığı təbii bal
1 çay qaşığı darçın
1 stəkan su

Hazırlanması:

Qaynayan suyun içərisinə darçını əlavə edib yaxşıca qarışdırın. Daha sonra suyun ilıq hala gəlməsini gözləyin. Ən sonda qarışıma bal əlavə edin. Bu qarışımdan bir stəkan içmək belə inanılmaz nəticələr verir. On gün ərzində, səhərlər bir stəkan içmək olar. Mədə problemləri olanlar yeməkdən 30 dəqiqə sonra içə bilərlər. On gündən sonra qarın piylərinizin yox olduğunu görəcəksiniz.


Aysel