Çox xəstələr onurğa yırtıqlarında əməliyyatdan qaçır və müalicə yolları axtarır.
Bel ağrısı, protruziya, duzlaşma, yırtıqlarda fizioterapiya ilə müalicənin mümkünlüyünü yalnız həkim fiziotrerapevt müayinə zamanı təyin edir.
“Medicina” xəbər verir ki, Caspian International Hospitalın həkim-fizioterapevti Camal Ramizov xəstələrin yırtıqla bağlı ən vacib suallarını cavablandırıb.
“Xəstələri narahat edən 2 əsas sual var: yırtığın ölçüsü və fizioterapiya ilə yırtıq yox olarmı? İlk olaraq deyim ki, yırtığın ölçüsünün heç əhəmiyyəti yoxdur. Təbii ki, söhbət 12-13 mm-lik yırtıqlardan getmir.
Yırtığın nə qədər çox sinirə yaxın olması önəmlidir, nə qədər çox siniri sıxması öməmlidir.
Fizioterapiya yırtığın onurğaya nə qədər yaxın-uzaq olmasından asılı olaraq seçilir. Elektroterapiya, ultrason terapiya, xüsusi cihazlarımız var ki, o bölgəyə təsir edirik.
Ümumi olaraq biz yırtlığın müalicəsini 10 gün həyata keçiririk. 10 gündən sonra nəticəyə baxırıq və fasilə veririk. Pasiyentlər çox razı qalır. Hətta sinir sıxılmasından yeriyə bilməyən xəstəni ayağa qaldırmıışq.
“Yırtıq fizioterapiya ilə tamam yox olurmu” sualının cavabı isə azalardır. Yox olmaz, amma azalar. Burda da ölçününü əhəmniyyəti var. Biz o bölgəni gücləndirdiyimiz zaman – -istər dartma, istər idman, istər gərmə ilə olsun – ağrıya qarşı bədənin dirənci, müdafiəsi artır.
Xüsusən ayağı keyiyənlər üçün fizioterapiyanın faydası çoxdur. Biz hətta əməliyyata yazılmış xəstəni belə müalicəyə almışıq və onda sonra əməliyyata ehtiyac olmayıb”
Ətraflı videoda: