Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.
“Medicina” armud şirəsinin 10 faydasını təqdim edir:
- Tərkibində yüksək miqdarda kalium duzları olduğu üçün böyrək və sidik kisəsi daşlarını tökür
- Armudda olan fruktoza qalxanvari vəzin müalicəsi üçün əvəzsiz edir
- Kal, yaşıl armudda olan sorbit damarları möhkəmləndirir, qanazlığında faydalıdır
- Şəkər xəstələrində zərərli xolesterini çıxarır
- Tam yetişməmiş armudun şirəsi dizenteriya, stafilakokk və bağırsaq çöplərinin çoxalmasının qarşısını alır
- Şərqi və Sibir armudunda olan arbutin sidikqovucudur, iltihab əleyhinə təsir edir
- Armud suyu bağırsaqları toksinlərdən, şlaklardan təmizləyir
- Yoğun bağırsaq xərçəngi riskini azaldır
- Müntəzəm içdikdə qəbizliyə qarşıdır, amma yaşlı adamlarda xroniki qəbizlikdə armud qəti olmaz.
- Mədə-bağırsaq ağrıları, mədə qıcqırması, zəhərlənmələrdə təzə armud freşi için
Aygün Musayeva