Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 824 802 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 466 nəfər müalicə olunaraq sağalıb, 9986 nəfər vəfat edib, aktiv xəstə sayı 350 nəfərdir.
Ölkədə son sutka ərzində 1843, hazırkı dövrədək isə 7 393 110 test aparılıb.