Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

10-12 saat oturmaq insanı öldürə bilər – Uzman həkim

  • 2025.04.15 16:58
  • 226 Baxış
10-12 saat oturmaq insanı öldürə bilər  – Uzman həkim

Türkiyədə illər öncə 12 saat oturub dərs hazırlaşandan sonra həyatını itirən uzmanlıq üzrə təhsil alan Mərvənin ölümü bir çox insane dərs olmalıdır.

“Medicina” xəbər verir ki, damar həkimi Mehammed Keskin uzun müddət oturmağın tromb yaratmasından danışıb.


“Məsləkdaşım Merve 12 saat fasiləsiz əyləşib imtahanlara çalışırdı, həmin gecə o, ağciyəri tromb tutuması səbəbindən vəfat etdi.

Uzun müddət oturmaq ayaq damarlarında tromb əmələ gətirir. Ayaq damarlarının normal şəkidə qanı yuxarı vurması üçün oturaq halda olsanız da, ayaq əzələlərini hərəkət etdirmək lazımdır.

Uzun müddət bir yerdə oturmaq olmaz. 1-2 saatdan bir qalxaraq hərəkət etmək lazımdır. Əgər bu imkan yoxdursa, məsələn, Qatar və ya təyyarədə saatlarla əyləşməyə məcbursuzsa, ayaqlarınızın vəziyyətini dəyişin, yerinizdə idman edin, hərlədin, qaldırın qoyun.

Uzun müddət hərəkətsiz olmaq ölümcül ola bilər”.

Aygün Musayeva