Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 yaşlı uşaq anasının üzüyünü uddu- FOTO

  • 2020.05.05 18:12
  • 2318 Baxış
1 yaşlı uşaq anasının üzüyünü uddu - FOTO


Bir yaşlı körpənin anasının təkqaş üzüyünü udmasını görən valideynləri onu xəstəxanaya aparıblar.

Uşağı müayinə edən həkim onların evə gedərək üzüyün təbii yolla çıxmasını gözləmələrini məsləhət bilib.

Üzük altı gündən sonra təbii yolla xaric olub.

Belə halla tez-tez rast gəldiyini deyən uşaq cərrahı Mahmud Aluç valideynlərə qusma və ya anormal vəziyyət baş verərsə, mütləq xəstəxanaya müraciət etmələrini tövsiyə edib.

Həkim qeyd edib ki, uşaqların əlləri çatan yerlərə bu kimi əşyalar qoyulmamalıdır. Onun sözlərinə görə, bəzən uşaqlar yuyucu toz, kimyəvi maddələr də udurlar. Bu zaman müalicə çətin olur.