Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 yaşlı körpə qaynar sudan yandı

  • 2019.05.10 14:30
  • 8001 Baxış
1 yaşlı körpə qaynar sudan yandı
Kürdəmir rayonunda körpə qaynar sudan yanıb. Medicina.az-ın Report-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Karrar kəndində qeydə alınıb. Belə ki, 2018-ci il təvəllüdlü Yusif İlham oğlu Kərimlinin ehtiyatsızlıqdan üzərinə qaynar su dağılıb. Nəticədə onun döş qəfəsinin sol yuxarı ətrafı, sol baldırı və sağ əli yanıb.  Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.