Koronavirusa yoluxma ilə əlaqədar 1 yaşdan aşağı uşaqlar böyük risk qurupuna daxildir.
Bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışı zamanı deyib.
O bildirib ki, həmin dövrdə koronavirusa yoluxanlar xəstəliyi ağır keçirir:
"Əsas simptom tənəffüs çatışmazlığıdır. Bəzən o qədər ağır olur ki, süni tənəffüs aparatına qoşmaq belə fayda vermir. Nadir hallarda isə bəzi uşaqlar koronavirusu simptomsuz keçirsə belə, 2-6 həftə ərzində bir çox sistemi tutan iltihabi proses başlayır. Bu, ürəyi, böyrəyi, ağciyərləri və s. tuta bilir"./trend.az