Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 yaşadək uşaqlara meyvə şirələri verməyin – Pediatrdan xəbərdarlıq

  • 2021.03.30 16:58
  • 6723 Baxış
1 yaşadək uşaqlara meyvə şirələri verməyin  – Pediatrdan xəbərdarlıq
Yaxın 2 ilə kimi pediatrlar 6 aya kimi körpələrə təbii və ya alınma meyvə şirələrinin, hətta yeni sıxılmış olsa belə verilməsini qadağan etmişdilər.

Lakin indi uşaqların yaş müddəti artırılmışdır. Ona görə də analar 1 yaşa kimi uşaqlara meyvənin şirəsni verməməlidir.

Medicina.az xəbər verir ki, bu barədə pediatr Tərlan Eyyubov açıqlama verib.


“ Şirələrdən azad yaş zonası genişləndirilib. Şirələr 1 yaşa kimi uşaqlar üçün heç bir qidalanrıcı fayda daşımır. Onda çoxlu şəkər var və lif demək olar yoxdur. Şəkərlə dolu şirənin mədəyə doldurulması uşağın mədəaltı vəzisinə əlavə yükdür.

1 yaşa kimi uşaqlara meyvənin özünü püre və ya sobada bişmiş formada vermək, dadızdırmaq olar. Yalnız bu halda uşaq meyvədən lazımi vitamin və mikroelementləri, lifi alacaq. Beyin və orqanizm şəkərdən asılı olmayacaq”