Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 qaşıq yeyən qış boyu xəstələnməyəcək - Möcüzəvi qida

  • 2025.02.21 11:08
  • 353 Baxış
1 qaşıq yeyən qış boyu xəstələnməyəcək -  Möcüzəvi qida

Sağlam qidalanmada təbii məhsullara meyl günü-gündən artarkən üzüm marmeladı da faydaları ilə diqqət çəkir.

Medicina.az xəbər verir ki, bəkməzə güclü alternativ olaraq göstərilən bu qida yüksək antioksidan və dəmir tərkiblidir.

Bu möcüzəvi qida immunitet sistemini gücləndirərək xəstəliklərə qarşı qalxan rolunu oynayır.



Üzüm marmeladının faydaları...

· Üzüm marmeladı da bəkməz kimi dəmirlə zəngindir və orqanizmin tələbatını tez ödəyir.

· Tərkibindəki antioksidantlar sayəsində immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qorunma təmin edir.

· Tərkibindəki təbii şəkərlə bədənə sağlam bir enerji qaynağı təqdim edir və gün ərzində özünüzü canlı hiss etməyə kömək edir.

· Bəkməzdən daha az şəkəri olduğu üçün diabet xəstələri üçün daha uyğun bir alternativ ola bilər.

· Tərkibindəki C vitamini sayəsində bədənə alınan dəmirin daha yaxşı mənimsənilməsini təmin edərək qan azlığının qarşısını almağa kömək edir.

· Həm sağlam, həm də aşağı kalorili olduğu üçün şirinliyini doyurmaq istəyənlər üçün əla alternativdir.

· Tərkibində qatqı olmayan üzüm marmeladı təbii qida mənbəyi kimi sağlam həyatı dəstəkləyir.

Aygün
Medicina.az