Adi çuğundur şirəsi təkcə qaraciyəri təmizləmir, qanı vacib qiymətli maddələr və hemoqlobinlə zənginləşdirir.
Mütəxəssislərin fikrincə, bu şirəni orta yaşlı insanların hər gün içməsi daha yaxşı olar. Lakin nəzərə almaq lazımdır ki, artan təzyiq, hər hansı mədə xəstəlikləri, mədədə turşuluq səviyyəsinin yüksək olması, eləcə də böyrək çatışmazlığı olan insanlara çuğundur şirəsi içmək olmaz.
“Medicina” xəbər verir ki, yaşlılarda beyin cavanlaşmasına çuğundur suyunun faydaları son təcrübələrlə sübut edib.
Təzə sıxılmış çuğundur suyunun müntəzəm qəbulu yaşlanmış insanların beyinlərinin daha səmərəli işləməsinə kömək edir.
Çuğundur şirəsi yaxşı maddələr mübadiləsini, qan tənzimləməsini, bədəndəki digər proseslərin düzgün gedişini təmin edir.
Bundan əlavə, çuğundur şirəsinin tərkibində yüksək miqdarda pəhriz nitratları var ki, o, qəbul edildikdən sonra nitritə, daha sonra azot oksidinə çevrilir və bu, bütün orqanlara qan axını artırır.
Aygün Musayeva