Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 ildir ağciyərində dəftərxana sancağı ilə gəzən qız xilas edildi

  • 2025.03.15 08:04
  • 229 Baxış
1 ildir ağciyərində dəftərxana sancağı ilə gəzən    qız xilas edildi

Voronej şəhər 2 saylı Uşaq Klinik Xəstəxanasının həkimləri 1 ilə yaxındır ağ ciyərində sancaqla gəzən 14 yaşlı qızı xilas ediblər.


“Medicina” xəbər verir ki, valideynlər uşağın uzun müddətdir müalicəsi mümkün olmayan öskürək, idman zamanı nəfəs darlığından əziyyət çəkdiyini bildiriblər.

Bir gün əvvəl yerli klinikada pediatr ağciyər rentgenini təyin edib. Həkim aşağı tənəffüs yollarında yad cismin olmasından şübhələnib. Xəstəxanada aparılan kompüter tomoqrafiyası 1,5-ə 0,5 sm ölçüdə yad cismin olduğunu təsdiqləyib,

Voronej Səhiyyə Nazirliyinin məlumatına görə, mütəxəssislər bronxoskopiya aparıb və yad cismi çıxarıblar.

İndi qız evə buraxılmağa hazırlaşır. Həkimlər onun vəziyyətində müsbət dinamikanı qeyd edirlər.

Aygün Musayeva