Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 ildə hansı xəstəxanalara KT, MRT alınıb?

  • 2024.04.08 15:11
  • 1139 Baxış
1 ildə hansı xəstəxanalara KT, MRT alınıb?

2023-2024-cü illər ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində aparılan işlər nəticəsində 8 tibb müəssisəsində maqnit-rezonans tomoqrafiya (MRT), 3 tibb müəssisəsində kardiovaskulyar cərrahiyyə (KVC), 2 tibb müəssisəsində angioqrafiya (anju), 1 tibb müəssisəsində isə kompüter tomoqrafiya (KT) xidməti qurulub.

"Medicina" xəbər verir ki, Respublika Klinik Xəstəxanası, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Binəqədi və Sumqayıt tibb mərkəzləri, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Lənkəran, Şəmkir, Şəki rayon mərkəzi xəstəxanalarında MRT, Şəki Rayon Mərkəzi Xəstəxanasında eyni zamanda da KT yenilənib.

Şirvan Şəhər Mərkəzi Xəstəxanasında və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan ürək mərkəzlərində angioqrafiya və kardiovaskulyar cərrahiyyə, Şəki Rayon Mərkəzi Xəstəxanasında kardiovaskulyar cərrahiyyə xidməti qurulub.

Tibb müəssisələrinin infrastrukturunun, maddi-texniki bazasının təkmilləşdirilməsi çərçivəsində il ərzində daha bir neçə tibb müəssisəsində radioloji xidmətlərin yenilənməsi və müasir standartlar səviyyəsinə çatdırılması nəzərdə tutulur.

MEDİCİNA.AZ