Britaniyada baş verən hadisə tibb dünyasının diqqət mərkəzindədir.
Medicina.az xəbər verir ki, Jasmin David adlı qadın 2017-ci ildə narahatlaşaraq xəstəxanaya getdikdə həkimlərin diaqnozu çox sərt olur: süd vəzi xərçəngi bütün döş qəfəsinə yayılıb, metastaz verib. Pasientin uzağı 1 il ömrü qalıb.
Lakin qadın israrla kimya və şüa terapiyası qəbul edərək ömrünü uzatmağa çalışır. İşin tərsliyindən 2019-cu ilin payızında yıxılaraq ağır xəsarət alır.
Rentgen müayinəsi zamanı bədəndə çox sayda əzilmə olduğu üzə çıxır. Dərd üstünə dərd gəlmişdi.
Həkimlər qadına Mançester xəstəxanasında keçirilən tibbi sınaqda iştirakı təklif edirlər. Qadın razılaşır.
Beləliklə, qadının venasına 3 həftədə 1 dəfə immunoterapiya üçün xüsusi dərman yeridilir. 2021-ci ilin iyulunda təkrar müayinə həkimləri şoka salır: qadının orqanizmində xərçəngdən əsər-əlamət qalmamışdı.
Bu günlərdə başına gəlnləri ictimailəşdirən 51 yaşlı qadın bildirib ki, ona ikinci ömür verilib. Pis günlər arxada qalsa da, xoş olmayan bir iş var: immun terapiyası 2023-cü ilədək davam edəcək. bu terapiya zamanı şiddətli bağ ağrısı və temperatur olur. /lent.az/