Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 həftəyə defisit olan qızdırma dərmanları satışa çıxacaq - Səhiyyə naziri

  • 2022.11.03 15:08
  • 2210 Baxış
1 həftəyə defisit olan qızdırma dərmanları satışa çıxacaq  - Səhiyyə naziri

Azərbaycan bazarında uşaqlara verilən hərarətsalıcı dərman vasitələrinin, xüsusilə də Nurofen, İbuprofen siroplarının tapıılmamasının Azərbaycanla heç bir əlaqəsi yoxdur.

"Medicina" xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dünyada bu dərmanların defisit olmasının səbəbini açıqlayıb.

"Dünyada həmin dərmanları istehsal edən şirkətlər baza maddədən istifadə edirlər. Həmin baza maddəni istehsal edən iri farmoseptik şirkətlərin istehsalat xətlərində problem yaranıb. Ona görə də bir müddət bu dərman az istehsal olundu. Həmin böhran təkcə Azərbaycanda deyil, hətta bəzi Avropa ölkələrində də müşahidə olunur. Artıq problem aradan qalxıb, yaxın günlərdə həmin qızdırmasalıcılar pərakəndə satışa veriləcək".

Aygün Musayeva