Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 həftəyə 2 kq - Sürətlə arıqladan yay smuzisi

  • 2023.06.30 16:03
  • 1977 Baxış
1 həftəyə 2 kq  - Sürətlə arıqladan yay smuzisi

Xiyar, kərəviz və ananasdan hazırlanmış içki bir həftə ərzində arıqlamağa kömək edir.

"Medicina" xəbər verir ki, bu içki çox yorğun məşqlər etmədən, yaxud ciddi pəhriz saxlamadan artıq çəkilərdən xilas edəcək.


Bununla belə, rasiona dəyişiklik etmək lazım olacaq, lakin qidada ciddi məhdudiyyətlər yoxdur. Sadəcə, sağlam qida qəbul etmək, şirin qidaları meyvələrlə əvəzləmək lazımdır.


Sözügedən şirə orqanizmi zərərli maddələrdən təmizləyir və yağlı çöküntülərdən asanlıqla xilas edir. Onu səhərlər qidadan öncə içmək lazımdır.


Şirəni hazırlamaq üçün xiyar, kərəviz və ananas yuyulmalı, doğranmalı və blenderdə qarışdırılmalıdır. Bununla belə, içkini qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir.

Aygün Musayeva