Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 həftədə istədiyiniz çəkiyə qovuşmaq üçün 5 qayda

  • 2024.04.15 18:01
  • 781 Baxış
1 həftədə istədiyiniz çəkiyə qovuşmaq üçün  5 qayda
Bayramda istər-istəməz bir çox insan kökəlir. Bayramdan sonra ən qısa zamanda çəki atmaq istəyənlər üçün dietoloqlar 5 əsas qaydanın əhəmiyyətini vurğulayırlar.

Medicina.az həmin qaydaları təqdim edir:

Qlütensiz qidalanın!

Bir həftə ərzində qlüten istehlakını tamamilə kəsin. Bu sizi şişkinlik və ödemdən tezliklə xilas edəcək.


Ödemdən xilas olun!

Qablaşdırılmış qidalar, işlənmiş şirniyyat məhsulları, “fast-food”lar, istəniklən növ hazır qidalar, yüksək natrium qəbulu, həddindən artıq karbohidrat istehlakı, qeyri-kafi və balanssız mineral qəbulu bədəndə ödemin yığılmasına səbəb olur. Odur ki, bir müddət belə qidalardan uzaq durmaq, bol limon və cəfəri qarışığı istehlak etmək yaxşı nəticə verəcək.


Susuz qalmayın!

Susuzluq ödemi artıran və bədəninizin olduğundan daha iri görünməsinə səbəb olan başqa bir amildir. Buna görə də, dərhal bol su içməyə başlayın. Bir həftənin sonunda paltarlarınızın üzərinizə daha yaxşı oturduğunu hiss edəcəksiniz.


Yuxu rejimi mühümdür!

Keyfiyyətsiz və həddindən artıq yuxu da ödem və hormonal balanssızlığa səbəb olur. Nəticədə şişkinlik və köp yaranır. Müntəzəm yuxu arıqlama prosesinin vacib hissəsidir.


İdmana vaxt ayırın!

Hərəkətə keçmək üçün heç vaxt gec deyil. Bədəninizdəki yağ kütləsini azaltmaq və əzələləri ön plana çıxarmaq üçün müntəzəm olaraq məşq etməyə başlayın. Bir həftə ərzində idman etmək belə görünüşünüzü dəyişdirməyə qadirdir.


Aysel