Bu günlərdə demək olar ki, hər kəs pəhrizlərdən və arıqlamaqdan danışır. 1 həftədə 3 kiloqram arıqlamaq çətin görünə bilər, amma mümkündür.
Bunun ən sadə yolu uzun illərdir bilinir. Kalori defisiti yaratmaq yenidən dəbə minir. Bir çox məşhur yaya bu üsulla hazırlaşır. Təbii ki, bu üsulu sağlam qidalanma və müntəzəm məşq də təqib etməlidir.
Medicina.az xəbər verir ki, kalori defisiti yaratmaq yandırdığınızdan daha az kalori istehlak etməyi nəzərdə tutan üsuldur.
Məsələn, gündə təxminən 2000 kalori yandırırsınızsa, arıqlamaq üçün gündə 1500 kalori istehlak etməlisiniz.
Mütəxəssislər həftədə 3 kq əvəzinə 1.5 kq arıqlamağı daha sağlam hesab edirlər. Buna görə də başlanğıc olaraq cəmi 300 kalori defisiti də yarada bilərsiniz.
Həftədə 3 kiloqram arıqlamaq məqsədinə nail olmaq üçün sağlam qidalanma və müntəzəm məşqi birləşdirən balanslaşdırılmış yanaşma tələb olunur.
Qidalanmada yağsız zülallar, bütöv taxıllar, meyvələr və tərəvəzlər üstünlük təşkil etməlidir.
Aşağı kalorili qidalar və sağlam yağlar sayəsində ac qalmadan arıqlamaq mümkündür.
Aysel