Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 əsr yaşamış insanlardan qəribə məsləhətlər - Vəhşi qadın və ya kişisiz həyat

  • 2017.09.12 18:10
  • 22400 Baxış
1 əsr yaşamış insanlardan qəribə məsləhətlər -  Vəhşi qadın və ya kişisiz həyat
Dünyada yaşı 100-ü keçən ağsaqqal və ağbirçəklər arasında maraqlı sorğu keçirilib.


Medicina.az xəbər verir ki, onlar "Uzun ömürlü olmaq üçün məsləhətiniz nədir” sualına öz şəxsi təcrübələrindən cavablar veriblər. 


Maraqlıdır ki, kişilər uzun ömür üçün ehtiraslı qadın və seksin lazım olduğunu deyiblər. Qadınlar isə kişilərdən uzaq durmağı məsləhət görüblər.


Emma Morano – 1899-2017 ci illərdə yaşamış italyan: "Hər gün iki çiy yumurta və 20 – 30 qr çiy ət farşı yemək”.


Cek Mensfild – 1907-2016-cı illərdə yaşamış britanıyalı: "Xəstəliklərə qarşı sirkə içmək”.


Janna Kalman – 1875-1997- ci illər: "Gündə 2 siqaret çəkmək və bütün yeməklərə tütün qatmaq, süd və yağdan başqa”.


Aqnes Fenton - 1905-ci ildə doğulub, indiyə kimi yaşayan ABŞ sakini: "Hər gün 2 bokal pivə və bir qədəh viski içmək”.


Syuzanna Muşatt – 1899-2016 illərdə yaşamış amerikalı: "Həmişə krujevalı və ipək alt paltarında gəzmək”.


Cessi Qallan – 1906-2015-ci illərdə yaşamış şotland qadın: "Kişilərdən uzaq durmaq məsləhətdir, onlar insana stress və kədər gətirir”.


Henri Ellingem – 1896-2009, britaniyalı: "Siqaret, viski və ehtiraslı, vəhşi qadınlar”.


Qustav Hernet- 1905-ci ildə doğulub. Hazırda həyatına davam edən alman: "Heç bir pəhriz etməmək və həmişə yeməklərə kərə yağı əlavə etmək”.


Okava Misao - 1898-2015, yapon: "Suşi yemək və çoxlu, lap çoxlu yatmaq”.