Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir.
"Medicina" xəbər verir ki, QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir.
1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS Azərbaycanda da çox sayda insanda aşkarlanıb.
Azərbaycanda ilk QİÇS xəstəsi 1987-ci ildə qeydə alınıb.Ötən il immun çatışmazlığı virusunun (İİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində 8 min 395 xəstə qeydiyyata alınıb. Onlardan 2 min 481 nəfərini QİÇS-lə xəstələnənlər təşkil edir. Ötən il 547 xəstə ilk dəfə olaraq İİV xəstəsi kimi qeydiyyata düşüb.
Bu xəstəlik daha çox qorunmasız və müxtəlif partnyorlarla cinsi əlaqə, eləcə də qan vasitəsilə insan orqanizminə düşür. Yoluxmadan sonra insan bu virusun daşıyıcısı olur, uzun müddət proses gizli gedir, hətta analizdə belə çıxmaya bilər və insan heç bir əlamət hiss etmir.
SPİD anal və vaginal cinsi əlaqə, eyni şpris, iynədən damardaxili istifadə, tatuaj, pirsinq zamanı və eləcə də yoluxmuş anadan uşağa doğuş və hamiləlik zamanı keçir.
Virus geyim, qab-qacaq, dəsmal, çarpayı və ağız suyu, əldən keçmir.
Lakin son elmi tədqiqatlar uzun müddətli xəstə adamla öpüşmə və ağız suyu kontaktı ilə də az miqdarda virus yoluxmasının baş verdiyini sübut edib.
Orqanizmdə SPİD olduğunu göstərən əsas əlamətlər:
- Boğazda ağrı, hərarətin 37-dərəcəyə qalxması
- Dərinin səthinin ağrıması, əzələ, oynaq, sümük ağrıları
- titrətmə
- Boyun limfa düyünlərinin şişməsi
- Dəridə müxtəlif səpkilər
- Yorğunluq, əzginlik
- Çəki itkisi, səbəbsiz arıqlama
- Gecə tərləmələri
- İshal, mədə-bağırsaq pozulmaları
- Depressiya
- Ağızda və cinsi orqanlarda müxtəlif yaralar, stomatit
- Tez –tez göbələk xəstəliklərinə tutulma
- Sonradan infeksiya ağciyərləri, sinir sistemini zədələyir, vərəm, onkoloji xəstəliklər baş qaldıra bilər