Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

1 ayda 7 uşaq qızılcadan ölüb

  • 2023.12.15 14:06
  • 1061 Baxış
1 ayda 7 uşaq qızılcadan ölüb


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şəmkirdə dörd yaşlı uşağın ölümü barədə açıqlama verib.

"Medicina" xəbər verir ki, 2019-cu il təvəllüdlü uşağın səhhətində yaranan problemlərlə bağlı dünən valideynləri tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə müayinəyə gətirilib:

“Həkim müayinəsi zamanı xəstədə qızılca virusu aşkar edilib və stasionar müalicəyə ehtiyac olduğu bildirilib. Uşağın valideynləri stasionar müalicədən imtina ediblər. Daha sonra uşaq valideynləri tərəfindən elə həmin gün saat 15:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına gətirərkən xəstəxanaya qədər ölüm qeydə alınıb”.



Son bir ay ərzində Azərbaycanın müxtəlif bölgələrində qızılcadan artıq yeddinci uşaq dünyasını dəyişir.