Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“1-2 stəkan zoğallı çayla sağaltmaq olmaz” - KOKSAKİNİN ƏLAMƏTLƏRi, necə sağaltmalı

  • 2017.12.19 18:19
  • 41846 Baxış
“1-2 stəkan zoğallı çayla sağaltmaq olmaz” -  KOKSAKİNİN ƏLAMƏTLƏRi, necə sağaltmalı
Pediatr-allerqoloq: HƏR UŞAĞA KOKSAKİ DİAQNOZU QOYMAQ OLMAZ


Son aylar dünyada və Azərbaycanda uşaqlar və yeniyetmələr arasında daha ağır simptomlarla keçən Koksaki virusunun yayıldığı barədə informasiyalar var. Koksakinin Azərbaycana keçməsi rəsmi olaraq təsdiqlənməsə də, bir çox pediatrlar təcrübələrində bəzi pasitentə bu diaqnozu qoyduğunu qeyd edib. 


Bioloji Təbabət Klinikasının pediatrı Fidan Əlirzayeva Medicina.az-a açıqlamasında bildirib ki, Koksaki mövzusunda ehtiyatlı olmaq lazımdır:


"Koksaki barədə Türkiyədə eşitmişəm, orada görmüşəm. Türkiyədə bu xəstəliklə kardioloqlar məşğul olur. Çünki bu virus revmatizm və ürək qüsurları verir.

 

Koksaki virusuna həm də "əl-ayaq” xəstəliyi də deyirlər. Çünki təmasdan və əllə toxunmadan keçir. Hər bir virus kimi Koksakinin də bu əlamətləri var: 


-Qızdırma, 

-Gözdə sulanma

-Burun axıntısı

-Halsızlıq

-Və səpkilər.


Koksaki ulduzabənzər səpki verir, ayaqlarda revmatik ağrıları artırır, bir də ürəkdə problemlər yarada bilir. Çox ağır virusdur və onu hər ağır qripli uşağa diaqnoz kimi qoymaq olmaz. 


Ola bilər Azərbaycanda var, amma bu qədər çox yayılması mümkün deyil. Koksakini ayırd etmək bir çox laborator analizlər tələb edir.

 

İstənilən virus kimi Koksakini də orqanizmdən immunitet özü çıxara bilər. Hər virus üçün müəyyən dövr var, ona görə də 5-7 gün gözləmək lazımdır. Ev şəraitində virusu bədəndən çıxaran tədbirlər həyata keçirilsə yetərlidir. Ancaq yüksək hərarət 1 həftədən artıq davam edirsə, mütləq xəstəxana şəraitində müalicə olunmalıdır”.

 



Həkim bu vaxta kimi Koksaki viruslu pasiyenti olmadığını bildirib. Qeyd edib ki, əgər belə bir xəstə olarsa, o, mütləq stasionar rejimində müalicə olunmalıdır. Pediatr ağır qriplə mübarizə üçün bir sıra vacib məqamları qeyd edib və valideynlərin buraxdığı səhvlərə də toxunub:


"Ümumiyyətlə mən həkim kimi təcrübəmdə çox zaman ağır qrip viruslarda venadaxili sistem təyin edirəm. Çünki adi qripi belə orqanizm çox pis keçirir, qızdırma düşmür, uşaq çox halsızlaşır. 


Qızdırma vaxtı bədəndən çox su buxarlanır, uşağın halı olmur ki, lazımi qədər maye qəbul etsin. Virus mənşəli diareyalar da orqanizmi susuzlaşdırır, qanı qatılaşdırır. Evdə 1-2 stəkan su, zoğallı çay  içirtməklə iş bitmir. Ona görə ən rahat üsulu venadaxili inyeksiyadır, bura lazım olan dərmanları da əlavə etmək olur. Həm valideyn, həm uşaq üçün ən yaxşı, optimal üsul budur və hazırkı dövrdə venadaxili sistem təyinatı mütləqdir. Mayenin miqdarı uşağın çəkisinə uyğun təyin olunur. Biz Bioloji Təbabət Klinikasının qriplə mübarizə üçün 4 preparatı var ki, onları sistemə əlavə etdikdə orqanizmdən virusu çıxarmağa və immuniteti mübarizə üçün səfərbər etməyə gücü çatır. Bu preparatlar qətiyyən antibiotik deyil. Ümumiyyətlə virus mənşəli xəstəliklərdə antibiotik vurulması əks göstərişdir. Antibotik yalnız mikroblara təsir edir və mikrob əleyhinə təyin olunur”.


Aygün Musayeva

“1-2 stəkan zoğallı çayla sağaltmaq olmaz” -  KOKSAKİNİN ƏLAMƏTLƏRi, necə sağaltmalı