Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

0-5 yaşlı uşaqlarda revmatizm olmur – Pediatrdan çağırış

  • 2018.04.09 19:17
  • 26921 Baxış
0-5 yaşlı uşaqlarda revmatizm olmur –  Pediatrdan çağırış
Son zamanlar hər oynağı, dizi, sümüyü ağrıyan uşaqda revmasınaq analizi etdirən, revmatizm axtaran valideynlər hələ də, körpələrin revmatizm olmadığını bilmir.


Üstəlik bəzi həkimlər də əsassız olaraq "yəqin revmatizmi var” düşünüb diaqnoz qoyması həkimlər arasında da fikir ayrılığı yaradıb. Bu xəstəlik təkcə C-reaktiv zülal analizi ilə qoyulmur.


Medicina.az pediatr Tərlan Eyyuvobun valdieynlərə bu mövzuda çağırışını təqdim edir:


Son zamanlar yanıma gələn pasiyentlərdə əsassız yerə qoyulan revmatizm diaqnozunu görüb, dəhşətə gəlməmək mümkün deyil. Hər bir valideyn bunları bilməlidir:


1.Hər oynaq, sümük ağrısı revmatizm deyil. 4-12 yaşlı uşaqlarda intensiv boy artma dövrü olduğundan diz oynaqlarında, baldırda, pəncədə ağrı müşahidə oluna bilər.

2.0-5 yaşlı uşaqlarda revmatizm olmur. Revmatizm üçün xarakterik yaş həddi 5-15 yaşdır. 

3.Revmatizm klinik diaqnozdur, laborator deyil. Bu xəstəliyin diaqnozu həkim müayinəsi zamanı müyyən bir çox əlamətlər toplusu ilə qoyulur.

4.Revmatizm yalnız qan analizi verilərək qoyulan diaqnoz deyil. C reaktiv zülal, revmatoid faktor, ASO kimi analizlərin nəticəsi dərimizdə sızanaq, kəsik olduqda, dişlərimizdə və ya hər hansı orqanda iltihab prosesi olduqda da yüksək çıxır. 


Ona görə hər oynaq ağrısına görə qan analizi verib, revmatizmdən şübhələnmək absurddur.