Uşaq vaxtı bir çoxumuza məcburən də olsa balıq yağı içirilib. Əvvəllər balıq yağı açıq şəkildə içirilsə də, zaman keçdikcə onlar kapsula halına salınıb və udması daha rahat hala gəlib.
Bəs balıq yağı qəbul etmək vacibdirmi? Özünün 3 saniyəlik yaddaşı olan bu canlıdan alınan yağ həqiqətənmi yaddaşa xeyirdir?
Medicina.az xəbər verir ki, balıq yağı hər balıqdan deyil, yalnız somon, ton balığı, skumbriya, sardelya kimi yağlı balıqlardan istehsal olunur.
Araşdırmaçılar balıq yağı ilə insan zəkası arasında müsbət bir əlaqənin olduğunu bildirirlər. Balıq yağı istifadə edən insanlarda istifadə etməyənlərlə müqayisədə baş beyinin serebral korteks və hipokampus bölgələri daha çox inkişaf etmiş olduğu üçün yaddaş və düşünmə qabiliyyətləri yüksək olur.Omega-3 əksikliyi beynin sürətli yaşlanmasına və düşünmə qabiliyyətinin aşağı olmasına səbəb olur. Qısaca olaraq balıq yağı istifadə etməyən insanların beyinləri, istifadə edənlərlə müqayisədə daha sürətlə balacalaşır. Buna görə də beyin sağlamlığını qorumaq üçün yalıq yağının qəbulu mütləqdir.
İnsan orqanizmi üçün olduqca əhəmiyyətli olan Omega-3 yağ turşuları ilə zəngin bu yağ sayəsində orqanizm ehtiyacı olan maddələri əldə edir.
Balıq yağının faydaları:
• Balıq yağı qanın vücudumuzda rahat bir şəkildə dövr etməsinə şərait yaradır.
• Təbii olaraq artan qan təzyiqinin normaya düşməsinə şərait yaradır.
• Yüksək xolesterolun düşməsinə səbəb olur, zərərsiz xolesterolu miqdarını azaldır.
• Ürək-damar sisteminin sağlamlığını qoruyur. İnfarkt, iflic, damar tıxanması kimi bir sıra sağlamlıq problemlərinin qarşısını alır.
• Balıq yağı orqanizmin müxtəlif yerlərində əmələ gələn ağrıların tez bir vaxtda azalmasına səbəb olur.
• Yaddaşı gücləndirir, əsasən də uşaqlarda beynin inkişafında olduqca əhəmiyyətlidir.
• Beyinə təsir göstərərək səbəbi məlum olmayan qüssə, depressiya, həyəcan, qəzəb kimi bir sıra halların aradan qaldırılmasında müsbət rol oynayır.
• Balıq yağı əzələ və sümüklərə yaxşı təsir göstərərək onların yenilənməsinə kömək edir.
• Tərkibində olan yağ turşuları sayəsində balıq yağı dəri hüceyrələrinin yenilənməsində rol oynayır.
• Sızanaq və aknelərin sağalmasını sürətləndirir.
• Arıqlamağa kömək edir.
Arzu
Medicina.az