Üzüm yarpağının orqanizmə FAYDALARI

  • 2018.05.08 11:39
  • 35543 Baxış
Üzüm yarpağının orqanizmə  FAYDALARI
Yeyilməsinə sayılı günlər qalan üzüm sirkə və spirtli içki istehsalında da geniş istifadə olunur. Həmçinin tibdə də istifadə edilir və vitamin və minerallarla zəngindir. 


Medicina.az xəbər verir ki, üzümün özü faydalı olduğu qədər yarpağı da xeyirlidir.


Yeməklərdə tez-tez istifadə edilən yarpağın tərkibində mövcud olan A vitamini ilə göz sağlamlığınızı qoruya bilərsiniz. Həmçinin dəmir ilə zəngin olan yarpaq qansızlığın qarşısını alır.


Bəs üzüm yarpağı hansı xəstəliklərlə mübarizədə xeyirlidir?


 

İlk olaraq ağla qanazlığı xəstəliyi kimi bilinən anemiya gəlməlidir. Çünki tərkibindəki dəmir qırmızı qan hüceyrələrində hemoqlabinin yaranasında mühüm rola sahibdir.


Gözləri proteinlə təmin edir. İmmunitet sistemini qoruyur, tez qocalmağın qarşısını alır.


Bağırsaq sistemindəki problemlərə kömək edir. Eyni zamanda baş ağrısının sakitləşməsini təmin edir. Bunun üçün bir neçə üzüm yarpağını suda 15 dəqiqə qaynadıb suyunu içə bilərsiniz. 



 

Həmçinin diş əti problemlərinin müalicəsində olduqca təsirlidir. Diş çürüməsinə səbəb olan bakteriyaların böyüməsinin qarşısını alır. Bu təsirlərdən faydalanmaq üçün bir neçə üzüm yarpağını suda qaynatdıqdan sonra soyumasını gözləyin və bu su ilə ağzınızı çalxalayın.


 

Nəzərinizə çatdıraq ki, həddindən çox istifadə edildiyi zaman isə üzüm yarpağı yüksək təzyiq və böyrək xəstəliklərindən əziyyət çəkənlər üçün zərərli ola bilər.