Özü kimi cücərmişi də şəfa mənbəyidir - Bundan sonra atmayacaqsınız...

  • 2018.12.17 09:29
  • 17851 Baxış
Özü kimi cücərmişi də şəfa mənbəyidir -  Bundan sonra atmayacaqsınız...
Dolabda saxlanılan sarımsaq cürərən kimi xanımlar onu atırlar. Bəziləri düşünür ki, cücərmiş sarımsağın tərkibində olan xeyirli maddələr itir, bu səbəbdən onu yeməyin də bir faydası yoxdur. Bir qrup alim isə bunun əslində səhv hərəkət olduğunu düşünür. Belə ki, onlar cücərmiş sarımsağın tərkibində hətta adi sarımsaqda olmayan bir sıra xeyirli maddələrin əmələ gəldiyini qeyd edir ki, bunlara aliisin, alliin, allalsulfid daxildir.


Nə üçün cücərmiş sarımsaq xeyirli hesab olunur?


Medicina.az bu suala cavab axtarıb:  


1.Cücərmə zamanı sarımsağın tərkibində bir çox xəstəliklər zamanı güclü təsir göstərən fermentlər əmələ gəlir. Hətta cücərmiş sarımsağın ətri və dadı daha fərqli olur. 


2.Cücərmiş sarımsaqdan damarları təmizləmək və ürəyin normal işləməsi üçün bir çox məhlullar hazırlanır. Amma ən yaxşısı elə cürərmiş sarımsağın özünü yeməkdir.  


3.Bu cür sarımsaq xalq təbabətində insultun və tromb yaranmasının qarşısını almaq məqsədilə istifadə olunur. 


4.Zəhərlənmə zamanı da diareyanın qarşısının alınmasında əhəmiyyətli rol oynayır.


5.Bədxassəli hüceyrələrin yaranmasının qarşısını alır, orqanizmi kanserogenlərdən təmizləyir. 


6.Cücərmiş sarımsaq hüceyrələrin qocalmasının və qırışların yaranmasının qarşısını alır. 


Arzu

Medicina.az