“Üzmək skoliozu sağaltmır, əksinə, ağırlaşdırır” - Həkimdən XƏBƏRDARLIQ

  • 2017.12.28 11:49
  • 24583 Baxış
“Üzmək skoliozu sağaltmır, əksinə, ağırlaşdırır” -  Həkimdən XƏBƏRDARLIQ
Uzun müddətdir skoliozdan əziyyət çəkən xəstələrin sağalması üçün məqsədli şəkildə üzmə hərəkətləri tövsiyə edilir. Lakin türkiyəli mütəxəssis skoliozdan əziyyət çəkənlərin üzərək sağalması barədə illərin fikirlərini alt-üst edib. 


Medicina.az xəbər verir ki, Sportomed Skolioz və Onurğa Klinikasının mütəxəssisi, fizioterapevt Kadriyə Şahin Yorğun, idman hərəkətlərindən hesab olunan üzmənin skolioz xəstələri üçün effektli olmadığını bildirib:


"Üzmək, bütün belə xəstələrə tövsiyə edilən idman hərəkətləri sırasındadır. Əvvəllər üzməyin skoliozun yayılmasının qarşısını aldığına və ağrının şiddətini azaltdığına inanılırdı. Ancaq araşdırmalar göstərir ki, bu hərəkətlər yardım etmir, əksinə olaraq vəziyyətin daha da pisləşməsinə səbəb olur”.


Həkim əlavə edib ki, eyni zamanda hovuz suyunun tərkibində olan kimyəvi maddələr beyin və sinir sisteminə də olduqca zərərlidir.


"Üzmək qadınlarda bel ağrılarına səbəb olur. Ağrısı olan qadınlarda isə bu daha da ağrının şiddətini artıra bilər. Skolioz xəstələri idman hərəkətləri ilə məşğul ola bilər. Ancaq bu mütləq mütəxəssis rəyindən sonra edilə bilər”, - deyə fizioterapevt vurğulayıb.

 

Şəhanə Quliyeva