Zərərlidir, amma onsuz mümkün deyil – Nə vaxt qənd-şəkər sizə hava kimi vacibdir?

  • 2018.09.07 16:21
  • 15105 Baxış
Zərərlidir, amma onsuz mümkün deyil –  Nə vaxt qənd-şəkər sizə hava kimi vacibdir?
Artıq 10 ildən çoxdur ki, dünya mətbuatı, səhiyyəsi insanları ağ ölümdən – şəkərdən uzaq durmağa çağırır. Qəndi, şəkər tozunu piylənmə, diabet, hipertoniyanın əsas səbəbkarı hesab edirlər. Şəkər beyində narkotik və alkoqol kimi asılılıq yaradır, həzz hormonu ilan dofamini çox miqdarda sintez edir, bununla da ondan imtina etmək mümkün olmur. Getdikcə dofamin sintezi azalır, ona görə o həzzi, dadı almaq üçün şəkərin dozasını daha da artırmalı olursuz. 


Amma dietoloqlar şəkərdən tamamilə imtinanın əleyhinədir. Çünki bəzən insana qənd-şəkər mütləq lazım olur. Tibb elmi bu halları elmi əsaslandırıb.

Medicina.az kimlərə hansı halda şəkərin həyati vacib olduğunu təqdim edir:


1.Gərgin iş və tapşırıq zamanı gücü səfərbər etmək üçün


İşdə kompüter arxasında oturub günlərdir üzərində çalışdığınız layihə, tapşırıq sizin bütün gücünüzü alıb. Özünüz də hiss edirsiz ki, çökəcəksiz. Bu zaman qeyri-ixtiyari gözünüz peçenye, şokolad axtarır və şirniyyat yeyirsiz. Sonra özünüzü qınayırsız ki, niyə axı bunu yedim. Əslində isə siz o anda orqanizmə gücünü səfərbər etməyə kömək etmiş oldunuz. İş ondadır ki, beyin qlükozaya ehtiyac duyur, ağır zehni iş olduqda, problemləri həll etdikdə beyinə düşən gərginlik onun qlükoza aclığını artırır.


Alimlər xüsusi təcrübədə bunu sübut ediblər: iştirakçılara zehni tapşırıq verilib, daha sonra onlardan bir qrupuna şirin su içirilib. Güman olunan kimi, şirin su içən qrup tapşırığı daha dəqiq yerinə yetirməyə səbəb olub. Testin sonunda bütün iştirakçıların qanda qlükoza səviyyəsi ölçülüb, məlum olub ki, beyin tapşırıq müddətində çox enerji sərf edib. 


Bu problemi həll etmək üçün əl altında şirin su, şokolad, konfet saxlamaq da düzgün qərar deyil. Ən yaxşısı müntəzəm olaraq yaxşı səhər yeməyi yemək, səhərlər yağ, zülal və qlükoza tərkibli ərzaqlar seçilməlidir. 


Yox əgər işdə beyniniz dumanlanırsa, o zaman dilinizin altına bir qənd qoymağınız yetərlidir.


2.Nə zaman ki, xəstələnmisiz, qrip olmusuz.


Alimlər bildirir ki, virusla yoluxan orqanizm patogenlə mübarizə üçün çox dozada qlükozaya ehtiyac duyur. Ağır qidaları həzm etməyə onun gücü yoxdur, ona görə ekstren kömək üçün kompot, peçenye, bal, şirin çay, meyvə şirələri, kakao köməyə yetə bilər. Xəstələr özləri də şirin nəyəsə ehtiyac duyduqlarını hiss edirlər. Ona görə qrip olanda özünüzə şirniyyat günü elan edə bilərsiz. 


3.Nə vaxt ki, hormonlar sözünüzə baxmır.


Xüsusən qadınlarda " hormonal müharibə” dövründə orqanizmdə baş verən dəyişikliklərin psixika, əhval-ruhiyyəyə mənfi təsiri qeydə alınır. Məhz bu anlarda şirin qidalar sizi dəstəkləyə bilər. Menstrual sindrom, hamiləlik, klimaks dövründə qanda qlükozanın səviyyəsi kəskin enir. O zaman qadınlar şüuraltı olaraq şirniyyat, şokolad yeməyə başlayır. 


Kişilərdə isə şəkər testosteronun səviyyəsini normaya salmağa kömək edir. Amma kişilərdə by hormonun normadan artıq olması da yaxşı hal deyil. Tədqiqatlar göstərir ki, 300 qr şokolad yemək kişilərdə testosteronu 25% azaldır. Bu effekt dondurma yedikdən 2-3 saat sonra saxlanılır. Ona görə testosteronu az olan kişilərə dondurma, şokolad məsləhət deyil. Amma aqressiv kişiklərə arada şirniyyat faydalıdır.

 



4.Bütün dünya sənə qarşı gələndə...


Həyatda elə məqamlar olur ki, sanki hər şey üstünüzə gəlir. Ətraf sizə qara görünür, özünüzə yer tapa bilmirsiz. Bu halda köməyinizə bir ovuc dadlı konfet gələ bilər. Həkimlər də bunun əleyhinə deyil. 


Pasiyentlər üzərində müşahidələr göstərib ki, qanda qlükoza az olan insanlarda əsəb gərginliyi olur, depressiyaya düşürlər. Elə ki, onlara şirin məsə verilib, özlərini yaxşı hiss etməyə başlayıblar. 

 


Ona görə də qəfildən ağlamaq istəyəndə, özünüzdən küsəndə ola bilər ki, qanda qlükozanız azalıb, konfet və şokolad yeyin. Amma xanımlar unutmasın ki, çox qənd, şəkər yemək insanı tez qocaldır, dərini qırışdırır. Ona görə qlükoza üçün təmiz bal, nabat, təmiz şokolad yemək daha məsləhətdir. 

Zərərlidir, amma onsuz mümkün deyil –  Nə vaxt qənd-şəkər sizə hava kimi vacibdir?