Zərərli bildiyimiz qidaların FAYDALARI

  • 2018.11.01 09:05
  • 13097 Baxış
Zərərli bildiyimiz qidaların  FAYDALARI
Həkimlərin zərərli dedikləri qidaların əslində xeyirli xüsusiyyətləri də varmış.


Medicina.az xəbər verir ki, "Sağlam Qida” mərkəzinin ekspertləri tərəfindən aparılan araşdırmada məlum olub ki, əslində ziyanlı hesab olunan qidaların orqanizmə xeyri var. Bu qidaları müəyyən şərtlər daxilində qəbul etdikdə onların xeyirli cəhətlərindən faydalanmaq mümkündür. 

 

1. Duz

 

Похожее изображение 


Yalnız duz orqanizmin su balansını lazım olan səviyyədə saxlayır. Onun tərkibində olan xlor, mədədən ifraz olunan xlorid turşusunun sintezi üçün çox vacibdir. Duz bütün mübadilə proseslərində iştirak edir. Ümumdünya Səhiyyə Təşkilarının ölçü standartlarına görə, gün ərzində 5 qr-dan artıq duz qəbul etmək olmaz. 


2. Kərə yağı

 

Картинки по запросу 2. Kərə yağı 


XX əsrin 80-ci illərindən başlayaraq doymuş yağların qəbulunun insanın ürək-damar sisteminə mənfi təsiri ilə bağlı bir çox araşdırmalar aparılır. Bu siyahıya 60% doymuş yağlardan ibarət olan kərə yağını da aid etmək mümkündür. Amma bir neçə il əvvəl alimlər kərə yağının heç də təsvir olunan qədər zərərli olmadığını müəyyən ediblər. Hətta gün ərzində 10 qr kərə yağı qəbul etməyin faydalı olduğu bildirilib. 

 

4. Salo

 

 ÐŸÐ¾Ñ…ожее изображение


Salonun tərkibində bol miqdarda arxidon turşusu var. Bu turşu demək olar ki, bütün biokimyəvi proseslərdə iştirak edir. Gün ərzində 2 nazik dilim salo qəbulu ancaq sizin xeyrinizə ola bilər. 


5. Qəhvə

 

Картинки по запросу 5. Qəhvə 


Əvvəllər alimlər bildirirdilər ki, zərərli olduğu üçün qəhvədən bacardıqca az miqdarda qəbul ediməlidir. Müasir tibb isə əsasən qadınların gün boyunca 2-3 fincan qəhvə içmələrini məsləhət görür. Bu həddi aşdıqda qəhvə bir sıra xəstəliklər zamanı zərərli ola bilər. 


7. Qırmızı ət

 

Картинки по запросу 7. Qırmızı ət 


Qırmızı ət orqanizm üçün vacib olan B12 vitaminin mənbəyi hesab edilir. Ona görə də vegeterianlara bu vitamini əlavə olaraq qəbul etmək məsləhət görülür. ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) standartlarına görə həftədə 200-300 qr qırmızı ət yemək vacibdir. 

 

Arzu

Medicina.az