"Zəif görənlər" bölməsi fəaliyyətə başladı - BAKIDA

  • 2018.09.17 14:41
  • 9412 Baxış
"Zəif görənlər" bölməsi fəaliyyətə başladı -  BAKIDA
18 sentyabr 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Zəif görənlər (Low Vision) bölməsinin təqdimatı olacaq.


Medicina.az xəbər verir ki, təqdimatın keçirilməsində məqsəd bölmənin fəaliyyəti haqqında həkim-oftalmoloqlar tərəfindən geniş məlumatın verilməsindən və Low Vision cihazları ilə fərqli bir metodla müalicə aparılmasından ibarətdir.

 

Bəzən göz xəstəlikləri müalicə olunsa da əldə olunan nəticə xəstələrin həyat fəliyyətində kifayət etmir, nəticədə xəstələr, sosial, məişət həyatında əvvəlki aktivliyini yaşaya bilmir.


Bu cür xəstələr üçün Azərbaycanda ilk dəfə yaradılmış, son texnologiya ilə təhciz olunan, yüksək elmi potensiala malik Zəif görənlər bölməsində hər bir xəstəyə fərdi yanaşılacaq, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə Low Vision cihazları seçilərək təyin ediləcək