Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Üz üçün yaz maskaları - Yaya indidən hazırlaşın

  • 2019.04.29 11:52
  • 10137 Baxış
Üz üçün yaz maskaları  -  Yaya indidən hazırlaşın

Qış aylarının yorgunluğunu dərinizdən atmaq üçün və yaya hazırlamaq üçün bir sıra maskalardan və qulluq vasitələrindən iatifadə etmək lazımdır. 


Medicina.az sizə onlardan bir neçəsinin reseptini təqilm edir: 


Maskaları hazırlayarkən aşağıdakılara diqqət edin: 


Hazırladığınız maskanı saxlamadn istifadə edin. Buna görə də maskanı istifadə etdiyiniz vaxt hazırlamalısınız.  İstifadə etdiyiniz ərzaqlar təmiz və təzə olmalıdır. Əgər dəri müalicəsi alır və dərman qəbul edirsinizsə o zaman, maskanı tətbiq etməzdən əvvəl mütləq həkimlə məsləhətləşin. Əgər maskanı ilk dəfə istifadə edirsinizsə o zaman, dərinizə düşüb-düşmədiyini yoxlamaq üçün birinci əl biləyinizin iç tərəfinə çəkin.  


Bərpaedici maska 


Dəridəki solğunluğu aradan qaldırmaq və daha parlaq bir dəriyə sahib olmaq üçün bu maskadan istifadə edin. 


Lazım olanlar: 


-1 ədəd limon


-3 yemək qaşığı bal


-2 desert qaşığı gliserin


İstifadəsi:


1 limonun şirəsinə balı və qliserini əlavə edərək qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra dərinizə çəkin və 15 dəqiqə saxlayın. Sonra ilıq su ilə üzünüzü yuyun. 3 həftə olmaqla həftədə 2 dəfə tətbiq edildikdə dəriniz çox gözəl görüntü əldə edəcəkdir. 


Yağlı dəri üçün maska


Aspirin həbi ilə hazırlanan bu maska dəridəki yağ miqdarını oranını tarazlayaraq dərini sızanaqlardan təmizləyir. 


Tələb olunanlar: 


-4 ədəd aspirin


-1 yemək qaşığı bal


İstifadəsi:  


Aspirinləri bir qabda toz halına gələnə qədər əzin. Üzərinə 1 qaşıq bal əlavə edərək yaxşıca qarışdırın. Maskanı üzünüzə sürtün və ən az 20 dəqiqə ilə yarım saat arasında saxlayın. Daha sonra üzünüz soyuq su ilə yuyun. Daha sonra üzünüzə yağlı dəri üçün olan nəmləndirici krem çəkin. İltihabı aradan qaldıran antioksidant təsirli bu maskanı həftədə bir dəfə tətbiq edilə bilər.

  

Quru dəri üçün maska


Tələb olunanlar: 


-1 yumurta sarısı


-1 desert qaşığı zeytun yağı


-2 yemək qaşığı süd


İstifadəsi:  


Yumurta sarısını və  zeytun yağını yaxşıca qarışdırdıqdan sonra işinə süd əlavə edərək yenidən qarışdırın. Daha sonra hazır maskanı üzünüzə çəkin. 15-20 dəqiqə saxladıqdan sonra normal üz üçün olan sabunla və ilıq su ilə yuyun. Bu maskanı 10 gündə bir təkrarlamaq yaxşı effekt verir.  

 

Arzu

Medicina.az