- Əlamətləri və müalicəsiÜZ MİQRENİ nədir?

  • 2018.07.09 15:04
  • 17832 Baxış
 - Əlamətləri və müalicəsi ÜZ MİQRENİ nədir?
Miqrenin formalarından biri də üz nahiyədə olan ağrılardır.


Medicina.az xəbər verir ki, bu zaman başdan çox üz, çənə, boyun, burun ətrafı, göz, alın nahiyə küt ağrıyır. Bu miqren növündən 30-50 yaş arası insanlar, daha çox da qadınlar əziyyət çəkir. Bu zaman ağrı daha çox çənə hissəni əhatə edir, yanaq, göz altı, alına doğru yayılır, pulsasiya edir, bəzən dözülməz həddə çatır, dərinləşir. Miqren tutması həftədə 1-2 dəfə təkralana bilir. Ən az 3-5 saat, ən çox 1-2 gün davam edir.


Səbəbləri çoxdur:


-Hava dəyişikliyi, rütubət


-Kofein tərkibli qidaların qəbulu


-Güclü işıq


-Konservantlarla zəngin qidalanma


-Hormonal dəyişikliklər


-Stress


-Ətir


-Yuxusuzluq


-İstirahətin olmaması


-Gərginlik.

 

Картинки по запросу face migren


Bu faktorları müşahidə edib, miqrenin konkret olaraq nədən sonra yarandığını tapsanız və o səbəbi aradan qaldırsanız, miqren sizdən əl çəkə bilər. Amma ağrı mütəmadi olursa və sizi narahat edirsə, o zaman mütləq həkimə müraciət olunmalıdır


Üz miqrenində çənə-üz və dişlərdə ağrı, iltihabi ocaq olub olmamasını da yoxlatmaq lazımdır. Dişdibi sinirlər, iltihab da üz miqreninə səbəb olur. Odur ki, ağız boşluğunda stomatoloji qüsurları olanlar bunları aradan qaldırsın. 


Aygün

MEDİCİNA.AZ

 - Əlamətləri və müalicəsi ÜZ MİQRENİ nədir?