Yuxuda dincələn bədən – Ortopedik yataq seçimində həkim məsləhəti

  • 2018.04.28 16:37
  • 36148 Baxış
Yuxuda dincələn bədən –  Ortopedik yataq seçimində həkim məsləhəti
Artıq dünyada bütün həkimlərin məsləhət gördüyü ortopedik yataq növləri haqqında sizə məlumat vermişik. Rahat yuxu almaq istəyən, yuxuda ikən bədəninin tam dincəlməsini arzu edən və bir çox bədən problemlərini müalicə etmək istəyən insanlar çoxdan adi döşəyi ortopedik döşəyə dəyişiblər. 


Medicina.az ortopedik yataqların nevroloji və fizioloji baxımdan faydası barədə həkim nevroloq Sevinc Həmidovanın  məsləhətini təqdim edir:



"İnsanda onurğa, dayaq-hərəkət sisteminin problemlərinin çoxu genetik quruluşumuzla bağlıdır. Yəni problemləri 25 yaşa kimi bunu hiss etməyə bilərik, çünki oynaqlar, bağlar elastik olur. Amma illər keçdikcə degenerativ proseslər artdığından bütün problemlər üzə çıxmağa başlayır.


Əgər bir ailədə uşaq doğulandan düzgün yataq, döşək seçilərsə, bu uşaqda hətta genetik onurğa problemləri belə zamanla dərinləşməyəcək. İnsan 8-10 saat yataqda hərəkətsiz halda qalır, bu zaman bədənə uyğun dəstək olmazsa 30 yaşdan sonra degenerativ dəyişikliklər sürətlə gedəcək. Hazırda həkimlər onurğa problemlərini yaradan əsas səbəblər siyahısına qeyri-düzgün yatağın olmamasını da daxil ediblər.


İnsanlar dədə-baba döşəklərindən uzaqlaşmalı və artıq ortopedik yataq dövrünə qədəm qoymalıdır. Bizim ölkədə bu proses gecikir. Ümumiyyətlə, evdə necə oldu döşək, yorğan, balış düzəltmək bizim mentalitetə bağlıdır. Amma unutmamalıyıq ki, biz baba-nənələrimizin dövründəki kimi hərəkətli deyilik.  Hazırda insanlarda stress, əsəb, allergiya, artıq çəki, hərəkətsizlik o qədər artıb ki, düşünürəm full otropedik döşək almaq belə azdır. 


Ortopedik yataqda əlavə döşəyə də ehtiyac olmur. Ortopedik balışlar isə baş ağrılarını, miqreni kifayət qədər azalda bilər. Ümumiyyətlə, bizim indi əsas məqsədimiz yuxudan doyaraq, enerjili oyanmaq olmalıdır. Mən öz pasiyentlərimə mütləq müalicəyə gəldikdə yatağını dəyişməyi tövsiyyə edirəm. Elə insanlar var, bu dəyişim mütləq və məcburi olmalıdır: boyun, bel, baş ağrıları olanlar, onurğa yırtığı olanlar, ostexondrozu olan insanlar bu qrupa aiddir”.


Azərbaycanda Amerika və Türkiyənin ən məşhur və full ortopedik yataqlarını təqdim edən Yatsan Azərbaycanda 100 dərdin dərmanı döşək təqdim olunur.


Morpheus plus premium yatağı içindəki visko sayəsində bədənin formasına və hərəkətinə uyğun forma alır, eyni zamanda poket yay sistemi ilə insan vücudunun bütün nöqtələri ehtiyac duyduğu dəstəyi alır. Kosmik texnoloji ilə istehsal olunan visko bədəndəki ən müxtəlif ağrıları sakitləşdirir, qan dövranını yaxşılaşdırır. 

 



Yatağın üzərindəki parça nəfəs alan olub, yataqda hava dolaşımını təmin edir. 

Bu yatağın üzərindən əlavə döşəyə ehtiyac yoxdur. Üzəri asanlıqla çıxarılıb yuyulur.

 


Yatsan Azərbaycan 

Ünvan: Əhməd Rəcəbli 197(N.Nərimanov m/s yaxınlığı)

(012) 564 14 79

050  244 14 79

Yuxuda dincələn bədən –  Ortopedik yataq seçimində həkim məsləhəti