Yumurtalıq kistlərinin əməliyyatı lazımsız elan edildi – Kistləri çıxarmağa ehtiyac yoxdur

  • 2019.02.07 19:05
  • 10153 Baxış
Yumurtalıq kistlərinin əməliyyatı lazımsız elan edildi –  Kistləri çıxarmağa ehtiyac yoxdur
Hazırda ginekoloji əməliyyatlar içində ön sırada gedən yumurtalıq kistlərinin əməliyyatı Azərbaycanda da geniş yayılıb.

Kistlər 90% hallarda xoşxassəli yeni törəmə olub, ya öz-özünə sovrulub itir, ya da əməliyyata gərək olmadan qalır.


Medicina.az xəbər verir ki, London İmperiyal kollecinin və Belçika Levenski universitetinin alimləri birlikdə beynəlxalq masştabda bir tədqiqat aparıblar.


Onlar 2 il ərzində müxtəlif ölkələrdən 2000 dən çox qadının məlumatlarını toplayaraq analiz ediblər. Bütün qadınların orta yaş həddi 48 -ə kimi idi, hamısında yumurtalıqların kisti aşkarlanmışdı. 16% -qadında kistlərin ləğvi əməliyyatı icra edilmişdi, qalanlarında isə gözləmə taktikası seçilmişdi.

Hər 5 qadından birinin  kistləri bu 2 il ərzində öz-özünə sovrulmuşdu.


Ümumilikdə 80% halda kistlər sovrulub itmiş, ya da ciddi əməliyyata gərək olmamışdı. 

Yalnız 12 qadında sonradan yumurtalıqların bədxassəli şişi diaqnoz olundu. Bu da məlum olduğu kimi, kistlərlə bağlı deyildi. Qadınlara əvvəldən dianqoz düzgün qoyulmamışdı. 


Hesabamalar göstərdi ki, kist olan yumurtalığın burulması və kistin partlaması 0,4 faiz hallarda qeydə alınıb. 

Beləliklə, tədqiqatçılar yumurtalıq kistləri ilə bağlı əməliyyat yox, gözləmə taktikasının seçilməsini və lazımsız riskli əməliyyatlardan qaçılmasını uyğun hesab edir. 


" Bizim nəticələr göstərdi ki, yumurtalıqların xoşxassəli şişlərində əməliyyatları minimuma endirmək olar. Əlbəttə bir şərtlə ki, peşəkar ginekoloq və USM mütəxəssisləri onkoloji şiş ehtimalını tamamilə inkar etsinlər. Yəni diaqnoz dəqiq olaraq kistdirsə, əməliyyata nadir halda müraciət etmək lazımdır”.

Beləliklə, bu tədqiqatla daha bir əməliyyat tibbdə lazımsız əməliyyatlar sırasına daxil olmuş olacaq.

 

 


Yumurtalıq kistlərinin əməliyyatı lazımsız elan edildi –  Kistləri çıxarmağa ehtiyac yoxdur