Adi yumurta qabığından möcüzə dərman - Doktor Kropeherin resepti ilə düzəldin

  • 2018.11.26 11:19
  • 25098 Baxış
Adi yumurta qabığından möcüzə dərman -  Doktor Kropeherin resepti ilə düzəldin

İnsanlar arasında belə bir dayanıqlı fikir mövcuddur ki, toyuq yumurtası qabığı çox faydalıdır. Kimlər isə onu əzir və vitamin kimi içir. Alimlər lap çoxdan təsdiqləyiblər ki, yumurtanın qabığı kalsiumun ideal mənbəyidir və orqanizm tərəfindən asanlıqla həzm olunur.


Yeri gəlmişkən, qədim müalicə reseptlərində bir çox müalicəvi qarışıqlarda toyuq yumurtasının qabığı ilə birlikdə və ya təkcə qabıq ilə bəzi komponentlər yer alır. Bir qrup həkim və bioloq toyuq yumurtasının insan sağlamlığı üçün faydalı xassələri ilə maraqlanıb. Məlum olduğu kimi, insan orqanizmində, xüsusilə də sümüklərdə kalsium çatışmazlığı maddələr mübadiləsinin ən geniş yayılmış pozuntusu sayılır. Bu, raxit və uşaqlarda dişin düzgün olmayan inkişafı, onurğanın əyilməsi və dişlərin xarab olması, yaşlı adamlarda sümüklərin kövrəkliyi deməkdir...


Kalsium mübadiləsinin pozulması əksər hallarda qan azlığına, soyuqlamaya meylli olmağa, allergiyaya, dodaqların herpesinə və radiasiyaya qarşı müqavimətin aşağı düşməsinə səbəb olur. Qadınlarda isə bu sıraya doğuş ağrılarının zəifləməsini, uşaqlığın əzələlərinin atoniyası kimi pozuntuları da əlavə etmək olar.

 

Картинки по запросу kalsium 


Kalsium mübadiləsi pozuntsunu sonradan «tənzimləmək» çətin olur, belə ki, tətbiq olunan tibbi vasitələr - kalsium-xlorid, qips, təbaşir orqanizm tərəfindən pis həzm olunur.


Macar həkimlərin tədqiqatları göstərib ki, toyuq yumurtasının 90 faiz kalsium-karbonatdan ibarət olan qabığı xeyli asanlıqla həzm olunur. Bu zaman yumurta qabığı orqanizmə lazım olan mikroelementlərlə - mis, ftor, dəmin, marqans, molibden, fosfor, sink, silisium və digər elementlərlə (cəmi 27 element) zəngin olur.


Qabığın tərkibində silisium və molibdenin olması xüsusilə vacibdir - insanların gündəlik qidasında məhz bu elementlərin miqdarı çox aşağıdır, amma orqanizmdə biokimyəvi reaksiyaların normal getməsi üçün bu elementlər mütləq vacibdir.


Yumurta qabığının tərkibi heyrətləndirici həddə qədər sümüklərin və dişlərin tərkibi ilə üst-üstə düşür, üstəlik də o, sümük beyninin qan əmələ gətirməsi funksiyasını stimullaşdırır. Bu, xüsisilə radiasiyadan zərər çəkmə hallarında qiymətlidir.


Xırdalanmış toyuq yumurtası qabığı özünün terapevtik fəallığı və hər-hansı kənar effektinin, o cümlədən bakterial yoluxmaların olmaması ilə də seçilir. Məsələn, ördək yumurtası barədə bunları söyləmək olmaz - belə ki, əksər hallarda ördək yumurtası qabığı xəstəliyə yoluxmuş olduğundan, istifadəyə yararsız sayılır.

 

Картинки по запросу yumurta qabığı 


Toyuq yumurtasının qabığı xüsusilə körpə uşaqlar (1 yaşından başlayaraq) üçün faydalı sayılır. Belə ki, onların orqanizmində sümük toxumalarının əmələ gəlməsi prosesi daha intensiv gedir və kalsiumun davamlı halda əlavəsini tələb edir. Uşaq qidasına əlavə olunmuş yumurta qabığı raxit və raxitlə paralel inkişaf edən anemiya vəziyyətində xeyli faydalı təsir göstərir.


Öz tədqiqatları əsasında doktor Kropeher aşağıdakı tövsiyələri verir:


- Hamiləlik vəziyyətində yumurta qabığı profilaktikası mütləqdir,


- 1 yaşdan 6 yaşa qədər uşaqlar üçün fövqəladə arzuolunandır,


- Yeniyetmə və cavanlıq illərində (19-20 yaş) arzuolunandır,


- İldə iki dəfə profilaktika yaşlı adamlar üçün xeyirlidir (onurğa xəstəliklərinin, dişlərdə ərp əmələ gəlməsinin və osteoxondrozun profilaktikası üçün).


Yumurta qabığı - radionüklidlərin orqanizmdən çıxarılması üçün gözəl vasitədir və radioaktiv zəhərlənmə ocaqlarında effektlə tətbiq oluna bilər - belə ki, yumurta qabığı sümük beynində stronsium-90 nüvələrinin cəmləşməsinin qarşısını alır (bu zaman gün ərzində istifadə dozası 2-6 qram olur).


Toyuq yumurtasından istifadə metodikası çox sadədir. Yumurta əvvəlcə ilıq suda sabunla yuyulur və yaxşıca çalxalanır. Əksər hallarda, qabıq xüsusi sterilizə tələb etmir. Kiçik yaşlı uşaqlar üçün qabığı 5 dəqiqə qaynar suda yerləşdirmək lazımdır. Bərk qaynadılmış yumurtanın qabığı bir qədər az aktiv, əvəzində isə istifadəyə tam hazır və artıq sterilizəyə məruz qoyulmuş olur. 


Dozası - yaşdan asılı olaraq, hər gün 1,5-3,0 qram təşkil edir. Yaxşı olar ki, qabıq həvəngdə əzilsin. Belə ki, kofeəzəndən istifadə olunan zaman preparat bir qədər az aktiv olur. Səhər yeməyi zamanı qəbul edilir - sıyıq və ya şorla (tvoroq) birlikdə. Qərb ölkələrində toyuq yumurtası qabığından hazırlanmış «toz» hələ 1970-ci ildən apteklərdə satılır.


Mirzə AĞ

Medicina.az