Yüksək hərarətlə həkimə aparıldı - Nadir əməliyyat baş tutdu - FOTOLAR

  • 2017.10.17 16:26
  • 16429 Baxış
Yüksək hərarətlə həkimə aparıldı -  Nadir əməliyyat baş tutdu - FOTOLAR
Azərbaycanda 4 sidik axarı olan körpə üzərində cərrahi əməliyyat aparılıb. 

Bu barədə Medicina.az-a Uşaq cərrahiyyəsi ve urologiyası uzmanı, Mərkəzi Klinikanın cərrahı Fuad Hüseynov məlumat verib. Həkim bildirib ki, 4 sidik axarının olması körpənin hər 2 böyrəyinə təhlükə törədib: "Doğulduğundan bəri tez-tez temperatur yüksəlməsi, sidiyə gedəndə ağrı, yanma şikayətləri olan 2 yaşındakı uşağa apardığımız müayinələr nəticəsində məlum oldu ki, 4 sidik axarı var və buna görə də vezikoüreteral reflüks, yəni sidiyin sidik kisəsindən geriyə böyrəklərə qaçması mövcuddur.

Körpəyə iki tərəfli komplet üreter duplikasyonu, Vezikoüreteral reflüks diaqnozu qoyuldu. 

Hər dəfə sidik yolu infeksiyası keçirdiyində infeksiyalaşmış sidik böyrəyə qaçdığından, hər iki böyrək də risk altında olduğu üçün cərrahi əməliyyat qərarı verdik.

Cərrahi əməliyyat zamanı 2 sidik axarının yerinə, 2 -nin isə sidik kisəsi boynuna açıldığını gördük. 4 sidik axarına da sidik geriyə qaçmasın deyə antireflü Üreteroneosistostomiya əməliyyatını icra etdik”.

F. Hüseynov bildirib ki, uşaq hazırda tam sağlamdır və evə buraxılıb.