Yüksək əhval ürəyi sağlamlaşdırır - ARAŞDIRMA

  • 2018.04.01 10:40
  • 14122 Baxış
Yüksək əhval ürəyi sağlamlaşdırır -  ARAŞDIRMA
Yüksək əhval ruhiyyə insanların ürək-damar xəstəliklərinə tutulma riskini azaldır.


Medicina.az xəbər verir ki, bu, amerikalı alimlərin apardığı araşdırma zamanı məlum olub. 


Elmi işdə ABŞ-ın 4900 latın amerikalı sakini haqqında məlumatlardan istifadə olunub. Alimlərin fikrinə görə, bu qrupdan olan insanlar ürək-damar xəstəliklərinə daha həssasdır.


Araşdırmada iştirak edənlərin hər biri bədən çəkisi, hərəkətlilik indeksi, plazmada olan qlükoza miqdarı və qan təzyiqi göstəricilərinə görə müxtəlif qruplara bölünüb.


Könüllülərdə optimizm səviyyəsi xüsusi testin köməkliyi ilə ölçülüb.


Məlum olub ki, optimist insanlar ürək ağrılarından daha az şikayət edir. Mütəmadi olaraq nikbin əhval ruhiyyədə olan insanlar daha sağlam ürəyə sahib olur.  
Yüksək əhval ürəyi sağlamlaşdırır -  ARAŞDIRMA