Yeyəndən sonra niyə yatmaq istəyirik? - Yorğunluqla əlaqəsi yoxdur

  • 2018.01.08 15:29
  • 41293 Baxış
Yeyəndən sonra niyə yatmaq istəyirik? -  Yorğunluqla əlaqəsi yoxdur
Çox zaman yemək yedikdən sonra insanda yatmaq hissi yaranır. İnsanlar bunun səbəbini gərgin və yorğun iş günü ilə əlaqələndirir. Lakin mütəxəssislər bunun yorğunluqla əlaqəsinin olmadığını bildirir. 


Medicina.az xəbər verir ki, qida ekspertləri və həkimlər əslində hər gün istifadə edilən bəzi qidaların insana yuxu gətirdiyini açıqlayıblar.


Süd məhsulu hesab edilən pendirin tərkibində yüksək miqdarda kalsium olduğu üçün insanda rahatlaşdırıcı hiss yaradır. Karbohidrat səbəbindən pendirin yanında un məmulatı yemək də yuxunuzu gətirə bilər.


Qozun tərkibində melatonin maddəsi var. Araşdırmalar nəticəsində məlum olub ki, qoz qandakı melatonin hormonunu artırır və nəticədə yuxu gətirir.

Bananın təkibindəki şəkər, potassium və maqnezium beyinə triptofan maddəsinin daha tez çatmasını təmin edir və enerjinizi aşağı salır.

Düyünün qliserin təsiri vardır. Bu səbəbdən düyü yedikdən 3-4 saat sonra yuxunun gəlməyi normaldır. 


Çobanyastığı təbii sakitləşdiricidir. Əsəb sistemini sakitləşdirir. Bir stəkan çobanyastığı çayı zehnin açıq qalmaaı və diqqət toplanılmasında çətinlik yaradır.

Gilasda bol miqdarda melatonin var. Ancaq bir ovuc gilas yemək yuxunuza təsir etməz. Bir stəkan gilas yemək və ya meyvə şirəsini içmək isə yuxunuzu gətirər.

 

Şəhanə Quliyeva