Yerdə bardaş qurub qidalananda orqanizmdə hansı proseslər gedir? - Təəccüblü faktlar

  • 2018.12.14 15:07
  • 19134 Baxış
Yerdə bardaş qurub qidalananda orqanizmdə hansı proseslər gedir? -  Təəccüblü faktlar
Qədim dövrlərdə ata-babalarımız yerdə süfrə açıb, bardaş quraraq yemək yeyirdilər. Bu ənənə indi də bəzi rayonlarda qalmaqdadır. Lakin müasir insan yeməyini stolda, yaxud da tez olması üçün ayaqüstdə yeyir.


Bəs görəsən orqanizm üçün hansı daha xeyirlidir? 


Medicina.az bu gün bu suala cavab tapmağa çalışıb.


Müasir zamanın ritmik olması səbəbindən bir çoxları qidalanma prosesini boş vaxtına salır, yolda, maşında, ayaqüstündə fast-food-la yola verirlər. Amma bu hal insanın fiziki olduğu kimi, psixoloji sağlamlığı üçün də çox ziyandır. Alimlər nəinki ayaqüstə, hətta stulda oturaraq yemək yeməyin sağlamlığa ziyan olduğunu vurğulayır. Onların fikrincə, ən yaxşı qidalanma forması qədim insanların etdiyi kimi yerdə oturmaqdır.

 


 

İnsan yerdə oturarkən ayaqlarını çarpazalaşdırır. Bu isə yoqa təliminin ən vacib elementlərindən biridir. Yerdə oturarkən o, boşqabdan yemək götürmək üçün bədənini qabağa əyir. Bu hərəkət forması qarın əzələlərini aktivləşdirərək mədə şirəsinin sintezinə səbəb olur. Nəticədə çanaq və kürək əzələləri dartılır və ağrı hissi azalır. Yemək yeyərkən bardaş qurub oturan zaman qan dövranı da yaxşılaşır. Ayaq üstündə yemək yeyən zaman insan özünü dik saxlamağa məcbur olduğu üçün onurğaya ciddi yük düşür. Bu zaman insan həm də həddindən artıq yeyə bilər. Nəticədə piylənmə riski artmış olur. 


Fiziki problemlərdən əlavə tez və ayaqüstü qidalanma insanın psixologiyasına da mənfi təsir edir. Ənənəvi yemək mərasiminin olmaması insanları ailədən və dostlarından uazaqlaşdırır. 

 

Arzu

Medicina.az

Yerdə bardaş qurub qidalananda orqanizmdə hansı proseslər gedir? -  Təəccüblü faktlar
Yerdə bardaş qurub qidalananda orqanizmdə hansı proseslər gedir? -  Təəccüblü faktlar